Dünya

BMT Baş katibi: "Dünya heç vaxt indiki qədər təhlükədə olmayıb"

22 Sentyabr, 2021
116

Rəsmi səhifə

Bəşəriyyət özünün bütün tarixi ərzində heç vaxt indiki qədər təhlükə altında olmayıb. 

TASS xəbər verir ki, bu sözləri BMT Baş katibi Antoniu Quterriş Baş Assambleyanın 76-cı sessiyasındakı çıxışı zamanı deyib. 

"Mən həyəcan təbili çalmaq üçün buradayam: dünya oyanmalıdır. Biz uçurumun astanasındayıq və səhv istiqamətdə irəliləyirik. Dünyamız heç vaxt belə təhlükəli vəziyyətdə olmayıb, eləcə də bu qədər parçalanmayıb”, - Baş katib deyib.

Quterreş bəşəri problemlərə misal kimi “gözəçarpan dərəcədə qeyri-bərabərliyi artıran” koronavirusu, iqlim böhranını, Əfqanıstan, Efiopiya və Yəməndəki vəziyyəti, eləcə də, “cəmiyyəti parçalayan və insanları cəbhələrə bölən” dezinformasiyanı sadalayıb.

“Ən çox ehtiyacımız olduğu məqamda bizim birliyimiz üçün əməli iş yetərincə deyil”, - Baş katib sözlərinə belə yekun vurub.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar