Getty Images
Rusiya ilə Ukrayna arasındakı müharibə uzanarsa, bu, hər 10 ukraynalıdan 9-nun yoxsulluq həddinindən də aşağı həddə düşməsinə gətirib çıxaracaq.
Bu barədə BMT məlumat yayıb.
“Ukraynada azı 100 milyard ABŞ dolları dəyərində olan binalar, yollar, körpülər, xəstəxanalar, məktəblər dağıdılıb. Müəssisələrin yarısı tamamilə bağlanıb, digər yarısı isə çətinliklə üzləşib”, - deyə BMT-nin açıqlamasında bildirilir.
Qurum qeyd edir ki, əgər Ukraynada müharibə uzanarsa, bu, ölkənin inkişafını iyirmi ilə yaxın müddətdə təhlükə altına qoya bilər.
Mayın əvvəlində «CNN» xəbər vermişdi ki, Ukraynanın cənubunda rus hərbçiləri işğal etdikləri ərazilərdə ukraynalı fermerlərdən taxıl ehtiyatını və kənd təsərrüfatı texnikasını oğurlayır, həmçinin ərzaq anbarlarını atəşə tuturlar. Kiyev İqtisadiyyat Məktəbinin dosenti Oleq Nivievski hesab edir ki, taxılın ələ keçirilməsi səbəbindən fermerlər müflis ola bilər, gələn il isə onların yeni taxıl almaq üçün vəsaiti olmayacaq.
Ukraynanın insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova bir müddət əvvəl Rusiya hərbçilərinin işğal olunmuş Zaporojye, Xerson, Donetsk və Luqansk vilayətlərindən 400 tona yaxın taxıl çıxardığını bildirib.
Sosial media
BBC
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"