AFP
BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının (TŞ) 5 üzvünün veto hüququndan istifadəni əsaslandırmasını tələb edən edən qətnamə qəbul edib.
“Le Matin” yazır ki, Lixtenşteynin təklif etdiyi layihə TŞ-nin veto hüququna malik 5 üzvünə - ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq və Fransaya şamil edilir.
BMT-nin baş katibi Antonio Quterreş də Rusiyaya səfəri zamanı məsələyə münasibət bildirib. Baş katib bildirib ki, veto hüququndan yerində istifadənin tərəfdarıdır: “Veto hüququ həddən artıq çox istifadə edilib. Bir çox hallarda isə ondan istifadə vacib əhəmiyyət kəsb etməyib”.
Veto hüququndan istifadəni məhdudlaşdıran layihəni 2 il əvvəl Lixtenşteyn təklif edib.
Statistikaya görə indiyədək veto hüququndan indiyədək ən çox Rusiya istifadə edib (143 dəfə). Növbəti yerlərdə ABŞ (86), Birləşmiş Krallıq (30), Çin və Fransa (hər biri 18 dəfə) gəlir.
Nə vetonu sülhü təmin etmək üçün faydalı ola biləcəyini xatırladan Braziliya, nə də Şurada daimi vəzifə üçün digər potensial namizədlər olan Hindistan mətnin qəbulunu dəstəkləməyib.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”