Dünya

Bolqarıstanda vaksinasiya zamanı yol verilən xətalara görə 10 min nəfər ölüb

29 İyul, 2021
246

Getty Images

Bolqarıstanın Səhiyyə Nazirliyi vaksinasiya kampaniyasının təşkili zamanı yol verilən səhvlərə görə 10 min insanın həyatını itirdiyini etiraf edib

TASS-ın iyulun 29-da verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Stoyço Katsarov deyib.

Nazir bildirib ki, vaksinasiya zamanı yaşı 60-dan yuxarı və ağır xəstəlikləri olan vətəndaşlar növbədə qabağa salınmayıb. “Bu, bir çox insanın həyatını xilas edilə bilərdi, axı ölənlərin 80 faizini yaşlı vətəndaşlar təşkil edir”.

Katsarov eləcə də COVID-19 əleyhinə vaksinlərin sifarişi zamanı buraxılan səhvlərə diqqət yönəldib. Onun sözlərinə görə, hökumət AB-nin tövsiyə etdiyi üç preparatı deyil, "AstraZeneca" preparatını daha çox sifariş verib. Çatdırılmanın ləngiməsi səbəbindən isə fevralın sonuna qədər 7 milyon insandan yalnız 200 minə yaxınını peyvənd etmək mümkün olub.  

Mart ayında Bolqarıstanın baş naziri Boyko Borisov preparatların bərabər bölünməməsindən şikayət etmişdi. Onun sözlərinə görə, AB-də vaksinlərin əhali sayına görə bərabər paylanması razılaşdırılmışdı. Amma sonda istehsalçılardan heç biri özünün müqavilə öhdəliklərinə əməl etməyib.

Dünya

ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

25 Sentyabr 2021

Rəsmi səhifə

ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib. “Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regionundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”. Ağ Evin Şərq Otağında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional...
Dünya

Tramp seçici bəyənməsinə görə Baydeni üstələyib

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sentyabrın nəticələrinə əsasən indiki Prezident Co Baydeni seçicilərin bəyənməsində qabaqlayır.  Bu barədə "The Hill" nəşri Harvard Mərkəzinin sorğu nəticələrinə istinadən xəbər verir. Sorğu nəticələrinə görə, Birləşmiş Ştatların keçmiş prezidentini seçicilərin 48 faizi, indikini isə 46 faizi dəstəkləyir. Respondentlərin 51 faizi Trampın Baydendən yaxşı prezident olduğunu düşünürlər.  "The Hill" qeyd edir ki, indiki prezidentin reytinqi koronavirus yoluxmalarının artması və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda azalır. İyulda Baydenin reytinqi 52% təşkil edirdi, bu da bir ay əvvəl ilə müqayisədə 10% az idi. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə Baydenin reytinqi 46 faizə düşüb.  Avqustun 13-də keçirilən analoji sorğuda...
Seçilmiş Videolar