Açıq mənbələrdən götürülüb
Böyük Britaniyada 30-dan çox adam hökumət vəzifələrindən istefa verib.
“Sky News”un tərtib etdiyi siyahıya həm nazirlik və idarə rəhbərləri, həm də parlament katibləri – hökumətin üzvü sayılmayan, amma onun işində iştirak edən deputatlar da daxil olmaqla 34 nəfər daxildir.
İstefa dalğası iyulun 5-də axşam saatlarında səhiyyə naziri Sacid Cavid və xəzinə kansleri Rişi Sunakın vəzifələrindən getməsindən sonra başlayıb. Onların getməsinə səbəb Boris Consonun cinsi qısnamada ittiham olunan deputat Kris Pinçeri hökumət postuna təyin etməsi olub.
"BBC News"-un məlumatına görə, hökumətin bir neçə yüksək vəzifəli üzvü Consonla görüşmək və ondan istefa verməsini xahiş etmək niyyətindədir.
Baş nazir özü isə bu postu tərk etmək niyyətində olmadığını bildirib.
İyun ayında hakim Mühafizəkarlar Partiyasından olan deputatlar partiya lideri və Baş nazir kimi Boris Consona etimadsızlıq səsverməsi keçiriblər. Səbəb anti-COVID məhdudiyyətlərinin ortasında hökumət üzvlərinin əyləncə tədbirləri keçirməsi olub. Consonun tərəfdarları qalib gəlib, amma nisbətən kiçik fərqlə.
Mühafizəkarlar Partiyasının qaydalarına görə, növbəti səsvermə bir ildən tez olmayaraq keçirilə bilər. BBC-nin məlumatına görə, Consonun rəqibləri qaydanı ləğv etməklə hədələyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial media
Açıq mənbələrdən götürülüb