Daily Express
Böyük Britaniyanın Baş naziri Boris Conson rəsmən istefa verib.
"Guardian"-ın məlumatın görə, Baş nazirlik binası qarşısında mətbuata açıqlama verən Conson bəyan edib ki, yeni lider və yeni baş nazirin seçilməsi birmənalı olaraq parlament partiyasının iradəsidir.
O həmçinin qeyd edib ki, yeni Baş nazirin seçilməsi ilə bağlı prosedura gələn həftədən etibarən start veriləcək. Yeni lider seçilənə qədərsə o, Baş nazir vəzifəsini icra etdəcək.
Nitqi zamanı Conson 1987-ci ildən bəri ən böyük səs çoxluğu və 1979-cu ildən bəri ən böyük səs payı ilə seçildiyini xatırladıb. Ölkəni Breksit və pandemiya prosesindən keçirməyini, Avropada ən sürətli peyvəndi təqdim etməyini, Ukraynaya dəstəyini vurğulayıb. Deyib ki, gördüyü işlərlə fəxr edir.
Consonun istefasına səbəb kimi onun cinsi qısnamada ittiham olunan deputat Kris Pinçeri hökumət postuna təyin etməsi göstərilir. Bundan sonra hökumətdə ard-arda istefalar baş verib. Bəzi nazirlər və hökumət üzvləti Consona etiraz olaraq, vəzifələrindən gediblər.
İyun ayında da hakim Mühafizəkarlar Partiyasından olan deputatlar partiya lideri və Baş nazir kimi Consona etimadsızlıq səsverməsi keçirmişdilər. Səbəb anti-COVID məhdudiyyətlərinin ortasında hökumət üzvlərinin əyləncə tədbirləri keçirməsi olmuşdu. Amma o vaxt Consonun tərəfdarları cüzi fərqlə qalib gəlmişdi.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir