Dünya

Boris Conson: "Putin qadın olsaydı, müharibəyə başlamazdı"

29 İyun, 2022
178

BBC

Böyük Britaniyanın Baş naziri Boris Conson çərşənbə axşamı bildirib ki, əgər Putin qadın olsaydı, Ukraynaya hərbi müdaxilə etməzdi. 

“Əgər Putin qadın olsaydı, - göründüyü kimi, elə deyil, - amma əgər olsaydı, mən, həqiqətən də, düşünmürəm ki, bu ağılsız maço müharibəsini başlayardı, xüsusən də baş verən təcavüz və zorakılıq şəklində”, - G7-nin Elmau qəsrindəki sammitindən sonra Almaniyanın ZDF kanalına müsahibə verən Baş nazir belə deyib. 

“Əgər sizə toksik maskulinliyin ideal nümunəsi lazımdırsa, bu, onun Ukraynada etdikləridir”, - Boris Conson söyləyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peslov Boris Consonun fikirlərinə reaksiya verib. 

“Qoca Freyd yaşasaydı, belə bir tədqiqat obyektini yalnız arzulaya bilərdi”, - Rusiya Prezidentinin mətbuat katibi bildirib. 

Onun fikirlərini RİA Novosti paylaşıb.

Boris Conson Ukraynadakı müharibəni “toksik maskulinliyin nəticəsi” adlandırıb. 

Onun fikrincə, bu səbəbdən daha çox qadın rəhbər vəzifələr tutmalıdır. 

Baş nazir bundan əvvəl bildirmişdi ki, Britaniya Ukraynadakı hadisələr görə çətin ki Rusiya ilə müharibə vəziyyətində olsun. 

London hərbi əməliyyatların Ukrayna ərazisindən çölə çıxmamasına çalışır.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Dünya

Qərb Ukraynaya daha 1,5 milyard avroluq hərbi yardım göstərəcək

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qərb ölkələri Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanın hərbi ehtiyacları üçün bir milyard yarım avrodan çox vəsait ayırmağa söz verib.  "Radio Svoboda" xəbər verir ki, bu barədə avqustun 12-də Kopenhagendə 26 ölkənin müdafiə nazirlərinin konfransında bildirilib. Bu vəsaitdən silah, raket və sursatların tədarükü, Ukrayna üçün silah istehsalının artırılması, ukraynalı əsgərlərin təlimi və Ukraynanın müharibə gedən ərazilərində minaların təmizlənməsi üçün istifadə olunacaq. https://toplum.tv/dunya/ukrayna-krimi-vurdu-rusiyanin-reaksiyasi-nece-olacaq Ukrayna Prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Qərb müttəfiqlərindən daha çox maliyyə vəsaiti və silah-sursat istəyib. "Rusiyanı nə qədər tez dayandırsaq, özümüzü bir o qədər tez təhlükəsiz hiss edəcəyik. Müdafiəmiz üçün silah-sursat lazımdır", - deyə Zelenski bildirib. Ukraynanın müdafiə...
Dünya

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. "Anadolu" agentliyi xəbər verib ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu göstəriş verib.   https://toplum.tv/dunya/ruslar-kutlevi-sekilde-turkiyeden-ev-alir “Avqustun əvvəlindən Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Krım tatarlarına “türk mənşəli həmvətən” statusu əsasında  uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. Əvvəllər Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklər bu statusdan yararlanıblar", - deyə o bildirib.  Qeyd olunub ki, Krım tatarlarına yaşayış icazəsi 2022-ci ilin iyununda daxili işlər naziri Süleyman Soylunun adından verilməyə başlanıb. 

Seçilmiş Videolar

Toplum TV loqo