açıq mənbədən götürülüb
Mineral su istehsalçısı, Rusiyanın “Alfa-qrup” müəssisəsinə məxsus “IDS Borjomi International” şirkəti nəzarət paketini pulsuz formada Gürcüstan hökumətinə verməyə hazırdır.
Bu barədə "Interfax"-ın məlumatında bildirilir.
“IDS Borjomi International" Gürcüstan hökuməti ilə danışıqlardan sonra bildirib ki, payını Gürcüstan hökumətinə verməyə hazırdır. Bu addım Gürcüstan hökumətinə beynəlxalq şirkətin idarəçiliyində iştirak etmək imkanı yaradacaq”, - şirkətin açıqlamasında deyilir.
“IDS Borjomi Georgia” aprelin sonunda yaydığı bəyanatda mineral su doldurulması ilə məşğul olan iki müəssisəsinin işini dayandırdığını bildirmişdi. Ukraynada hərbi əməliyyatlar başlayandan sonra bəzi ölkələr siyasi səbəblərdən "Borjomi" almaqdan imtina ediblər. “Alfa-qrup”un rəhbəri Mixail Fridman sanksiya siyahısına daxil edilib. Satış bazarındakı problemlər bank hesablarının bloklanması ilə bir az da dərinləşib. “IDS Borjomi Georgia” satışdan əldə olunan valyutanı alıb kreditorlarla hesablaşa bilmirdi.
Nəzarət paketinin Gürcüstan hökumətinə verilməsinin istehsalı bərpa etmək və iş yerlərini saxlamaq fürsəti yaradacağı iddia olunur.
Sosial media
BBC
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"