açıq mənbədən götürülüb
Britaniya Rusiyanın “Aeroflot”, “Rossiya” və “Ural Airlines” aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilir ki, bu aviaşirkətlər artıq Britaniya hava limanlarında istifadə olunmamış yerlərini sata bilməyəcəklər və bu, Rusiyanın 50 milyon funt sterlinq (62,3 milyon dollar) mənfəət əldə etməsinə mane olacaq.
“Nə qədər ki, Putin Ukraynaya qarşı barbar hücumunu davam etdirəcək, biz də Rusiya iqtisadiyyatına zərbə vurmağa davam edəcəyik. Artıq hava məkanımızı Rusiya aviaşirkətlərinin üzünə bağlamışıq. Bu gün biz onların hava limanlarımızda sərfəli yerlərini nağdlaşdırmasının qarşısını almaq üçün hər şeyi edirik. Hər bir iqtisadi sanksiya bizim Putinə aydın mövqeyimizi gücləndirir: Ukrayna qalib gələnə qədər biz dayanmayacağıq”, - Britaniyanın xarici işlər naziri Liz Truss bildirib.
Böyük Britaniya əvvəl hava məkanını və sularını Rusiyaya bağladı, həmçinin aviasiya malları və texnologiyalarının ixracını qadağan etdi.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Britaniya hakimiyyəti Rusiyadan olan 1000-dən çox fiziki şəxsə və 100-dən çox müəssisəyə qarşı sanksiyalar tətbiq edib.
Aprelin ortalarında Avropa İttifaqı Aeroflot, Rossiya və Ural Hava Yolları da daxil olmaqla, təhlükəsizlik səbəbi ilə Rusiyanın 21 aviaşirkətini qara siyahıya salıb. Onlara Aİ ərazisi üzərindən uçmaq və Aİ ölkələrinin hava limanlarından istifadə etmək qadağandır.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb