Dünya

Böyük Britaniya və Fransada kinoteatrlar açılır 

18 May, 2021
68

Shutterstock

Böyük Britaniyada və Fransada koronavirus pandemiyası səbəbindən qapadılan kinoteatrlar öz fəaliyyətlərini bərpa edir. 

Bu barədə mayın 18-də "France 24" xəbər verib. 

Britaniyalılar artıq bazar ertəsindən kinoteatrlara gedə bilirlər, fransızlar isə çərşənbə günü bu imkanı qazanacaqlar.

Bununla belə, məhdudiyyətlər tam aradan qaldırılmayıb. Britaniya kinoteatrlarına tutumlarının yalnız 50 faizi həcmində bilet satmağa icazə verilir. Əvəzində həmin müəssisələr açılışdan sonra qida və sərinləşdirici içkilər satmaq imkanı əldə edəcəklər. 

Fransada isə zaldakı yerlərin yalnız 35 faizi tutula bilər. Üstəlik, burada hələ bir müddət qida və sərinləşdirici içkilər satmaq qadağandır. 

Daha əvvəl verilən xəbərlərə görə, Paris "Disneylendi" də yaxın günlərdə açılacaq.

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Ria.ru

Gorusun seçki məntəqələrində əsgərlərə səsvermə ilə bağlı təlimat verilir. Bu haqda “News.am”-a şəhərin meri Aruş Aruşanyan deyib. “Çox sayda qanun pozuntusu var. Bizim yerlərdəki etibarlı şəxslərimiz güclüdürlər. Kimsə qanun pozuntusuna yol vermir, yerindəcə onları qeqdiyyata alır və buna imkan vermirlər”, - Aruşanyan deyib. Ermənistanda hərbi qullquçuların kütləvi şəkildə məcburi səs verməyə aparılması haqda sosial mediada da məlumatlar və bəzi görüntülər yayılıb. Ermənistan Müdafiə Nazirliyi mətbuatda və sosial şəbəkələrdə hərbi heyətin zorla səs verməsi barədə yayılan məlumatları təkzib edir. Nazirlik hərbçilərin seçki məntəqələrinə qrup halında aparılmasını daşınma prosesinin koordinasiyalı həyata keçirilməsi ilə izah edib. “Yayılan görüntülərdə seçki məntəqələrindəki hərbi qulluqçular çəkilib...
Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Seçilmiş Videolar