Dünya

Böyük Britaniyanın yeni Baş naziri məlum oldu

5 Sentyabr, 2022
845

Açıq mənbələrdən götürülüb

Xarici işlər naziri Liz Trass Britaniyanın yeni Baş naziri və Mühafizəkarlar Partiyasının lideri seçilib.

Bu barədə "The Guardian" nəşri seçkinin nəticələrinə əsasən məlumat verilib.

Sentyabrın 2-də hakim partiya üzvləri arasında (təxminən 175 min nəfər və ya seçicilərin 0,4 faizi) keçirilən səsvermənin nəticələrinə görə, siyasətçi 57,4 faiz səs toplayıb və bununla da başqanlığa daha bir iddiaçıya, maliyyə naziri Rişi Sunaka qalib gəlmişdi. 

https://toplum.tv/dunya/bayden-consonun-istefasina-munasibet-bildirdi

Keçmiş Maliyyə Nazirliyinin rəhbəri mühafizəkar parlament üzvləri, partiyanın sıravi üzvləri arasında bütün turlarda qalib gəlsə də, bəzi partiyadaşları arasında mövqeyinin zəif olduğu üzə çıxıb. İyulun əvvəlindən ictimai rəy sorğularında da o, Trassa uduzmuşdu və ikisi finala çıxanda XİN rəhbəri pillə-pillə liderliyi artırıb. 

"YouGov"-un son rəy sorğusu göstərib ki, Mühafizəkarlar Partiyası üzvlərinin 66 faizi Trassın namizədliyini dəstəkləyib, Sunaka isə cəmi 34 faiz səs verilib. 

Liz Trass Baş nazir kimi Boris Consonu əvəzləyəcək. 

Xatırlatma

Boris Conson iyulun 7-də tutduğu vəzifədən istefa verib. 

Consonun istefasına səbəb kimi cinsi qısnamada ittiham olunan deputat Kris Pinçeri hökumət postuna təyin etməsi göstərilir. Bundan sonra hökumətdə ard-arda istefalar baş verib. Bəzi nazirlər və hökumət üzvləti Consona etiraz olaraq vəzifələrindən gediblər. 

İyun ayında da hakim Mühafizəkarlar Partiyasından olan deputatlar partiya lideri və Baş nazir kimi Consona etimadsızlıq səsverməsi keçirmişdilər. Səbəb anti-COVID məhdudiyyətlərinin ortasında hökumət üzvlərinin əyləncə tədbirləri keçirməsi olmuşdu. Amma o vaxt Consonun tərəfdarları cüzi fərqlə qalib gəlmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Rusiya XİN: Moskva Paşinyana cavab hazırlayır

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rəsmi Moskvanın yaxın vaxtlarda Ermənistan rəhbərliyinin son bəyanatları ilə bağlı müvafiq açıqlama verəcəyi gözlənilir. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-24” telekanalına müsahibəsində bildirib. Zaxarova Yerevanın rəsmi açıqlamalarını ikitərəfli münasibətlərin inkişafına zidd olduğunu qeyd edib. “Deyə bilərəm ki, Moskva Ermənistanın baş naziri və Yerevanın digər rəsmi nümayəndələri tərəfindən verilmiş reallığa uyğun gəlməyən bir sıra bəyanatlara diqqət edib və bu, ilk növbədə, ikitərəfli münasibətlərin inkişafına ziddir. Buna müfəssəl cavab yaxın gələcəkdə veriləcək, bir neçə dəqiqə ərzində Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı dərc olunacaq”, - Kreml rəsmisi vurğulayıb. https://toplum.tv/dunya/pabs-in-yuumlksekccedilinli-resmileri-yerevana-gelibp Xatırladaq ki,...
Dünya

ABŞ-nin yüksəkçinli rəsmiləri Yerevana gəlib

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) direktoru Samanta Pauer və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim Ermənistana səfər ediblər. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Səfirlik açıqlamasında, bu səfərin ABŞ-nin Ermənistanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə, demokratiyasına dəstəyini bir daha təsdiqlədiyinin ifadəsi olduğunu bəyan edib. Səfər   Vaşinqton rəsmilərinin gəlişi, həmçinin erməni sakinlərin Qarabağda son hərbi əməliyyatlar zamanı yaranmış humanitar ehtiyaclarının həll olunması üçün olduğu diqqətə çatdırlıb. https://toplum.tv/siyaset/pkreml-qarabagin-kime-malik-olmasi-meselesi-hell-olundup Səfirlik rəsmi Vaşinqtonun Qarabağdakı humanitar vəziyyətlə bağlı hesabatlardan dərin narahat olduğunu və Qarabağa beynəlxalq humanitar təşkilatlarının, habelə kommersiya...

Seçilmiş Videolar

Toplum TV loqo