Dünya

“Böyük yeddilik” Rusiyanı destruktiv fəaliyyətini dayandırmağa çağırdı

14 İyun, 2021
152

France 24

11-13 iyun tarixlərində İngiltərənin Kornuoll qraflığında baş tutan G7 ("Böyük Yeddilik") ölkələrinin sammitində Rusiya mövzusu da müzakirə edilib. 

"Currenttime" portalı xəbər verir ki, sammitin yekunlarına dair sənəddə G7 liderləri Rusiyaya pozucu davranışlarını və zərərli fəaliyyətini dayandırmaq barədə çağırış ediblər. 

ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, Kanada və İtaliya kimi ölkələrin daxil olduğu G7 liderləri Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlərdə maraqlı olduqlarını, amma Moskvanı digər ölkələrin demokratik sistemlərinə müdaxiləni dayandırmağa, insan hüquqları sahəsində öhdəliklərini yerinə yetirməyə dəvət ediblər. 

Bundan əlavə, liderlər Rusiya hökumətini ölkə ərazisində kimyəvi silahdan istifadə məsələsini araşdırmağa və bunu izah etməyə, həmçinin jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin təqibini dayandırmağa səsləyiblər. 

Liderlər Ukraynanın ərazi bütövlüyünü və müstəqqiliyini dəstəkləyərək Rusiyanı Krımdan qoşunlarını çıxarmağa çağırıblar. 

Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul 2021

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb.  Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib.  Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər.  Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.   İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni...
Dünya

İran Bakı və Yerevana yardım təklif etdi

29 İyul 2021

Reuters

İran Bakı və Yerevan arasındakı münasibətlərin tənzimlənməsi üçün yardım etməyə hazırdır. "Sputnik Ermənistan"ın iyulun 29-da verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə açıqlama verib.  Xatibzadə Azərbaycan-Ermənistan sərhədində münaqişənin dərinləşməsindən narahat olduğunu, yaralanan əsgərlərə görə kədərləndiyini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, gərginliyi və toqquşmaları bacardıqca tez aradan qaldırmaq və Cənubi Qafqazda əmin-amanlıq yaratmaq zəruridir. 
Seçilmiş Videolar