Dünya

Britaniya hökuməti 12+ uşaqların vaksinasiyasına başlayır

14 Sentyabr, 2021
634

Açıq mənbələrdən götürülüb

Böyük Britaniya hökuməti krallığın aparıcı həkimlərinin 12-15 yaşlı sağlam uşaqların "Pfizer/BioNTech" preparatının bir dozası ilə peyvənd olunması tövsiyəsini dəstəkləyib. 

Bu barədə "Sky News" portalı hökumət üzvü Nədim Zahaviyə istinadən məlumat verib.

"The Guardian" qəzetinin məlumatına görə, uşaqların vaksinasiyasına İngiltərədə gələn həftədən başlayacaq. Şotlandiya, Uels və Şimali İrlandiyada da analoji addımların atılacağı gözlənilir.

Daha əvvəl xəbər verilirdi ki, koronavirusun "Delta" ştammı üstünlük təşkil edəndən sonra ABŞ-da xəstəxanalara yatırılan uşaqların sayı artıb. Amma yeni tədqiqatlar göstərir ki, yeni ştammın daha təhlükəli olması və xəstəliyin daha ağır formasını törətməsi barədə qorxular əsassızdır.

Dünya

Putin Ukrayna müharibəsindən bəri ilk dəfə ölkəni tərk edib

29 İyun 2022

Sosial media

Rusiya Prezidenti Vladimir Putin Tacikistanda işgüzar səfərdədir.  O, Tacikistanın dövlət başçısı Emoməli Rəhmonla danışıqlar aparacaq. Bu barədə “RİA Novosti” məlumat verib.  Bildirilir ki, daha sonra Vladimir Putin “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Tacikistandan Türkmənistanın paytaxtı Aşqabada yollanacaq. Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, Putin və Rəhmon ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən ticari-iqtisadi, hərbi, hərbi-texniki, mədəni-humanitar, miqrasiya sahələrini müzakirə edəcəklər.
Dünya

Boris Conson: "Putin qadın olsaydı, müharibəyə başlamazdı"

29 İyun 2022

BBC

Böyük Britaniyanın Baş naziri Boris Conson çərşənbə axşamı bildirib ki, əgər Putin qadın olsaydı, Ukraynaya hərbi müdaxilə etməzdi.  “Əgər Putin qadın olsaydı, - göründüyü kimi, elə deyil, - amma əgər olsaydı, mən, həqiqətən də, düşünmürəm ki, bu ağılsız maço müharibəsini başlayardı, xüsusən də baş verən təcavüz və zorakılıq şəklində”, - G7-nin Elmau qəsrindəki sammitindən sonra Almaniyanın ZDF kanalına müsahibə verən Baş nazir belə deyib.  “Əgər sizə toksik maskulinliyin ideal nümunəsi lazımdırsa, bu, onun Ukraynada etdikləridir”, - Boris Conson söyləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peslov Boris Consonun fikirlərinə reaksiya verib.  “Qoca Freyd yaşasaydı, belə bir tədqiqat obyektini yalnız arzulaya bilərdi”,...

Seçilmiş Videolar

Toplum TV loqo