Britaniyada koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək.
Bu barədə Britaniyanın Baş naziri Boris Conson keçirdiyi telekonfrans zamanı məlumat verib (APA, 23 noyabr).
Onun sözlərinə görə, Britaniyada 5 noyabrdan qüvvədə olan karantin dekabrın 2-dən o yana uzadılmayacaq.
Baş nazir həmçinin bildirib ki, koronavirusun geniş yayılmasının qarşısını almaq üçün üç mərhələli yeni məhdudiyyətlər tətbiq ediləcək, koronavirusun çox yayıldığı ərazilərdə restoranlar bağlı qalacaq, insanlar evlərindən işləməyə davam edəcəklər.
Hazırda Britaniyada koronavirusa yoluxanların ümumi sayı 1 527 495 nəfərə çatıb.