Dünya

Britaniya kəşfiyyatı: Mariupolda böyük vəba epidemiyası riski var

10 İyun, 2022
1100

Açıq mənbələrdən götürülüb

Mariupol şəhərində böyük vəba epidemiyası riski var. May ayından bəri şəhərdə vəbaya yoluxma halları qeydə alınıb.

Bu barədə Böyük Britaniya hərbi kəşfiyyatının Ukrayna müharibəsi barədə gündəlik xülasəsində bildirilir. 

Kəşfiyyatın xronikasında qeyd olunur ki, Ukraynada 1995-ci ildə böyük vəba epidemiyası baş verib. O vaxtdan bəri, xüsusən də Azov dənizinin sahillərində, o cümlədən Mariupolda yalnız kiçik epidemiyalar baş verib. Aylar boyunca Rus qoşunlarının mühasirədə qalan, minlərlə dinc sakinin (Ukrayna mənbələri 20 minin üzərinə göstərir) həlak olduğu Mariupolda epidemiyanın yenə baş qaldıracağından ehtiyat edilir.

Bildirilir ki, Mariupolda tibbi xidmətin vəziyyəti böyük ehtimalla çökməyə yaxındır. Şəhərdə vəba epidemiyasının baş qaldırması vəziyyəti daha da gərginləşdirəcək.

"Rusiya işğal olunmuş ərazilərdə əhaliyə əsas dövlət xidmətləri göstərməyə çalışır. Lakin təhlükəsiz içməli suya çıxış qeyri-sabit olaraq qalır və ciddi telefon, internet kəsintiləri davam edir. Həmçinin Xersonda böyük ehtimalla ciddi dərman çatışmazlığı var", - deyə kəşfiyyatın məlumatında qeyd olunub. 

Xronika

Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb. 

Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.

Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb. 

Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.

Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Məhkəmə Donald Trampı dələduzluqda təqsirli bilib

Toplum TV
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Sentyabrın 26-da Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı və ailəsini dələduzluqda təqsirli bilib.  Toplum TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.  Məhkəmənin hakimi Artur Enqoron Trampın öz aktivlərinin dəyərini qanunsuz olaraq artırdığını bildirib.  2022-ci ilin sentyabrında Nyu-Yorkun baş prokuroru Letitiya Ceyms Trampa qarşı iddia qaldırarkən onu dələduzluqda ittiham etmişdi. Onun sözlərinə görə, Trampın əsas şirkəti olan "The Trump Organization" on il ərzində maliyyə orqanlarından bank müavinətləri almaq üçün öz aktivlərinin dəyəri barədə yalan informasiya verib. https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp Medianın məlumatına görə, sentyabrın 26-da çıxarılan məhkəmə qərarı dövlət vəkili Letitiya Ceymsin mülki iddiası üzrə yekun qərar deyil, işə baxılması oktyabrın...
Dünya

ABŞ Polşaya 2 milyard dollar kredit verəcək

Toplum TV
26 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

ABŞ Polşa ordusunun modernləşdirilməsinə dəstək olmaq üçün 2 milyard dollarlıq kredit verəcək. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 26-ı ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bəyanata əsasən, "Xarici Hərbi Maliyyələşdirmə" (FMF) proqramı çərçivəsində ABŞ və Polşa arasında NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün 2 milyard dollarlıq birbaşa kredit müqaviləsinin imzalandığı bildirilib. https://toplum.tv/dunya/ppolsanin-bas-naziri-ukrayna-ile-muumlnasibetler-ccediletin-veziyyetdedirp Departamentin açıqlamasına görə, müqavilə əsasında Polşa ordusunda istifadə olunan Rusiya istehsalı köhnə hərbi texnikaların sıradan çıxarılması planlaşdırlır. Bildirək ki, Varşava bu il müdafiə xərclərini ÜDM-nin 4%-dək artırmağı planlaşdırıb. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur.

Seçilmiş Videolar

Toplum TV loqo