Britaniya kraliçası şahzadə Harri və xanımının açıqlamasına münasibət bildirdi
WFAA
Böyük Britaniya kral ailəsi şahzadə Harri və onun həyat yoldaşı Meqan Marklın amerikalı teleaparıcı Opra Uinfrinin verilişində səsləndirdiyi fikirlərə ciddi yanaşır.
"Radio Svoboda"nın martın 10-da verdiyi xəbərə görə, bu barədə kraliça II Yelizavetanın adından yayılan bəyanatda deyilir: "Bütün ailə Harri və Meqan üçün son bir neçə ilin nə qədər çətin olduğunu öyrənən zaman pərişan olub".
"Müsahibədə xüsusilə irqçiliklə bağlı qaldırılan məsələlər narahatlıq doğurur. Bəzi xatirələr bir-birindən fərqli ola bilər, amma onlar bütün ciddiyyətilə qəbul ediləcək və kral ailəsi tərəfindən lazımınca araşdırılacaq".
Martın 8-də şahzadə Harri və onun həyat yoldaşı Meqan Marklın amerikalı teleaparıcı Opra Uinfrinin verilişində səsləndirdiyi fikirlər Böyük Britaniyada ajiotaja səbəb olub.
Meqan Markl müsahibədə deyib ki, sarayda yaşayarkən gələcək uşağının dərisinin rəngi xanədanlıqda ciddi narahatlığa səbəb olub. Kral ailəsi üzvlərindən biri uşağın varis hesab edilməyəcəyini və kral ailəsinin imtiyazlarına layiq görülməyəcəyini bildirib. Şahzadə Harri xanımının sözlərini təsdiq etsə də, bu fikri kimin səsləndirdiyinə aydınlıq gətirməyib. Müsahibədən az sonra o bildirib ki, həmin adam nə kraliça II Yelizaveta, nə də onun əri şahzadə Filippdir.
Bukingem sarayının bəyanatında vurğulanıb ki, Harri, Meqan və Arçi həmişə ailənin əziz üzvləri olaraq qalacaqlar.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?