Açıq mənbələrdən götürülüb
Böyük Britaniyada müxtəlif profilli 70-dən çox şirkət dörd günlük iş həftəsinin tətbiqi üçün sınağa qoşulub.
"The Guardian" yazır ki, altı ay ərzində tədqiqatçılar əlavə istirahət gününün işçilərin məhsuldarlığına, sağlamlığına və xoşbəxtliyinə, həmçinin şirkət gəlirlərinə, ətraf mühitə və gender bərabərliyinə təsirini təhlil edəcəklər.
Təcrübə 100:80:100 modelinə əsaslanır - öhdəliyi 100% yerinə yetirmək müqabilində 80%-lik vaxt üçün 100%-lik əməkhaqqı. Tədqiqatda Böyük Britaniyanın müxtəlif şirkətlərinin 3300-dən çox əməkdaşı iştirak edəcək. Beləliklə, bu, dünyada ən böyük təcrübə olacaq.
Boston Kollecinin sosiologiya professoru və pilot layihənin aparıcı tədqiqatçısı Culiyet Şor layihəni “tarixi təcrübə” adlandırıb: "Biz əlavə istirahət gününün stress və bitginliyə, iş və həyat məmnunluğuna, işçilərin sağlamlığına, yuxusuna və enerjisinə, eləcə də onların həyatının bir çox digər aspektlərinə necə təsir etdiyini təhlil edəcəyik".
Təcrübəyə qoşulan "Platten's Fish and Chips" şirkətininin icraçı direktoru Vyatt Vatts isə fikirlərini belə ifadə edib: "Komandamızın əhval-ruhiyyəsi artıq yaxşılaşıb və ümid edirik ki, işdəki məhsuldarlığımız artacaq".
Eksperiment "4 Day Week Global" qeyri-kommersiya təşkilatı tərəfindən "Autonomy" beyin mərkəzi, "4 Günlük Həftə" kampaniyası, həmçinin Boston Kolleci, Kembric və Oksford Universitetlərinin tədqiqatçıları ilə birgə təşkil olunur. İş həftəsinin qısaldılması üzrə təcrübə altı ay davam edəcək.
2022-ci ilin sonunda oxşar təcrübələrin İspaniya və Şotlandiyada da hökumətlərinin dəstəyi ilə keçirilməsi nəzərdə tutulub.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb