Dünya

Camaşırxana: "Yeni Qazaxıstan" haqqında

25 Avqust, 2022
1598

"Azadlıq" radiosunun Avropa və Rusiya ("Радио Свободная Европа"/"Радио Свобода") xidmətinin köşə yazarı Merhat Şaripjanov Qazaxıstanın post-Nazarbayev dönəmindən bəhs edən yazı ilə çıxış edib.

O, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Comərd Tokayevin fəaliyyətinə, onun Nazarbayev klanını necə zərərsizləşdirməsi və elan etdiyi "Yeni Qazaxıtan" ideyasına da toxunub. 

“Toplum TV” məqaləni dilimizə çevirərək təqdim edir: 

Avqutun 12-də, cümə günü (müsəlmanlar üçün müqəddəs gün) Nursultan Nazarbayev Qazaxıstanın paytaxtında (şəhər onun adınadır) iri bir məscidin təntənəli açılışını etdi. Yerli jurnalistlərin yazdığına görə, bu, Mərkəzi Asiyada ən böyük İslam məbədidir. 

Nazarbayev ölkənin siyasi arenasında həlledici təsirini itirdiyindən sonra camaat arasına çıxdığı son üç dəfədən daha diribaş görünürdü. Xatırladım ki, 2022-ci ilin əvvəllərində ölkənin cənub-qərbində yerləşən Janaozen neftçilər şəhərciyindəki etirazlar bütün Qazaxıstan boyu etiraz nümayişlərinə və qan axması ilə yekunlaşan görünməmiş iğtişaşlara çevrildi. Nəticədə ölkəyə Rusiya və Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının digər üzv ölkələrinin qoşunları dəvət edildi. 

Yanvarın 18-də dövlət televiziya kanalları ilə deyil, sosial şəbəkələr vasitəsilə çıxış edən və “mən təqaüdçüyəm” deyən Nazarbayevin tutqun-inamsız çöhrəsini çoxları xatırlayır. Bu, o demək idi ki, Nazarbayev Qasım-Comərd Tokayevlə ixtilafının olmamasına eyham vurur, həmçinin ölkə başçısının “terrorçu” adlandırdığı nümayişçilərin amansız dağıdılmasına heç bir məsuliyyət daşımır. 

Apreldə televiziyalarda Nazarbayevin Qazaxıstanın birinci prezidentinin muzeyində (yəni öz muzeyində) yeniyetmə rəssamların hansısa tədbirində iştirakı barədə süjet göründü. Nəhayət, iyunda jurnalistlər Nazarbayevi seçki məntəqəsində gördülər, Qazaxıstanı 30 il idarə etmiş patriarx Konstitusiya dəyişiklikləri barədə referendumda səs verirdi. Bu dəyişikliklər Nazarbayevin adını Qazaxıstanın qurucusu kimi ölkənin Əsas qanunundan çıxarırdı. 

Rəsmən elan olunduğuna görə, müvafiq olaraq, Qazaxıstanın birinci prezidenti haqqında qanun da ləğv edilirdi, beləcə, Nazarbayev ömürlük "Elbaşı" titulundan məhrum oldu. Amma Nazarbayevin mətbuat katibi Aydos Ukibay, bütün bunlara baxmayaraq, məscidin açılması mərasimindən əvvəl öz rəisini "Elbaşı" adlandırdı və millət lideri statusunun daha olmadığı təlqin edilən qazaxıstanlıları çaş-baş qoydu. Nursultandakı tədbir zamanı özündən çox arxayın görünən Nazarbayevi heç də daha az arxayın olmayan yoldaşlarının, “qanlı yanvar”dan sonra öz mövqelərini itirən keçmiş yüksək ranqlı məmurların müşayiət etməsi bir az da gözlənilməz oldu. 

Ərazisinə görə dünyada doqquzuncu olan və faydalı resursları ilə zəngin ölkəni yanvar faciəsindən sonra əlinə keçirən Tokayev otuz illik təkbaşına hakimiyyəti ərzində nüfuzdan düşən Nazarbayevdən məsafəli görünmək üçün əlindən gələni edir. 

Tokayev “xalqa məxsus olan, amma son 30 ildə hakimiyyət sahibi olanlar tərəfindən mənimsənilən sərvətlərin geri qaytarılması” barədə bütün zəruri bəyanatları səsləndirib. Nazarbayevin bir zamanlar qüdrətli qardaşoğlusu Kayrat Satıbaldı həbs olunub, birinci prezidentin keçmiş qudası Kayrat Boranbayev həbsə düşüb. Nazarbayevin böyük qızı Dariqa parlamentin deputatları siyahısından çıxarılıb, onun əri Kayrat Şaripbayev isə “Qazaxqaz” korporasiyasında icraçı direktor postunu itirib. 

Qazaxıstanın tamhüquqlu sahibi olan Tokayev avtomobillərin utilizasiyası üçün bütün ölkə üzrə məcburi yığımlarla bağlı gəlirli biznesi praktiki məhv edib. 

“ROP” operator şirkəti Nazarbayevin kiçik qızı Aliyənin nəzarətində idi. Onun əri Dimaş Dosanov “QazTransOyl” enerji nəhənginin direktoru vəzifəsini itirib. Nazarbayevin ortancıl qızı Dinaranın əri və milyarder Timur Kulibayev Rusiyanın “Qazprom”unun direktorlar şurasında kreslosunu tərk edib, bundan daha əvvəl isə “Atameken” Qazaxıstanın sahibkarlar palatasından getmişdi. Nazarbayevin daha bir qardaşoğlusu Samat Abiş Milli təhlükəsizlik komitəsi sədrinin müavini vəzifəsindən çıxarılıb. Doğrudur, o, özünün keçmiş bossu, Elbaşının yaxın adamı Kərim Məsimovun və üç müavininin aqibətini yaşamadı, yanvar sarsıntılarından sonra onları vətənə xəyanət ittihamı ilə tutdular. 

Az qala hər həftə Nazarbayev üçün qeyri-xoş xəbərlər gətirir, məsələn, kiçik qardaşı Bolata qarşı cinayət işinin açıla biləcəyi, ya da bacısı Anipaya aidiyyatı olan şirkətə qarşı iş kimi. Elbaşını martda Türkiyə lideri Rəcəb Ərdoğanın yanına səfəri, Kremlə gözlənilməz iyun gedişi və Vladimir Putinlə görüşü bir çoxları tərəfindən patriarxın aqoniyası kimi, Nazarbayev klanı ilə mübarizədə Moskvanın köməyi və rus ordusunun süngüsü ilə duruş gətirməyi bacarmış Tokayev tərəfindən qəti siyasi qətldən yayınmaq cəhdi kimi qiymətləndirilir. 

https://toplum.tv/dunya/cinayet-secim-kimi

Axı insanlara atəş açmaq əmrini məhz Tokayev vermişdi, mübhəm “iki yüz min xarici terrorçu” barədə bəyanatı o səsləndirmişdi və guya onları məhv etmək üçün Kremldən yardım istəmişdi. Görünür, Nazarbayev və klanına tutulan divan yanvar ayında ləkələnmiş camaşırı təmizləmək üçün seçilib. Buna görə də Tokayev Nazarbayev tərəfindən təsis olunan köynə qaydaların olmadığı Qazaxıstanı nəzərdə tutaraq “Yeni Qazaxıstan”ın yaranmasından danışır. 

Belə görünür ki, Qazaxıstanda çoxları siyasi pressin Nazarbayev klanını necə əzdiyinə baxaraq xeyli kəskin sualları sonraya saxlamağa hazır idilər, sanki həmin press bu gün-sabah Elbaşını da əzəcəkdi. Amma həftə həftəni, ay ayı əvəz edir və budur, avqustun 12-də gülümsəyən Nazarbayev nəhəng məscidin bünövrəsini məhz özünün qoyduğunu elan edir və çıxışını çoxmənalı sözlərlə yekunlaşdırır: “2019-cu ilin martında səlahiyyətlərimin bitməsinə bir gün qalarkən bu məscidin ilk kərpicini qoyanda ölkənin indiki prezidenti Qasım-Comərt Tokayev də mənimlə idi”. 

Tokayevin “Nazarbayevi cəzalandırmaq” kampaniyasının niyə son nəticədə yerində saymasının, Nazarbayevin özünə qarşı sərt tədbirlərin niyə görülməməsinin cavabı, çox güman ki, elə bundadır. Axı əvəzində yeni ədalətli dövlətin qurulmalı olduğu “köhnə, düzgün olmayan Qazaxıstan”ın mövcud olduğu bütün 30 il ərzində Tokayev Nazarbayevlə yanaşı olub.

Baş nazir Tokayev Nazarbayevin hakimiyyəti üçün ciddi təhlükə olan müxalifətçilər Muxtar Ablyazovla Qalımjan Jakiyanovu 2002-ci ilin yanvarında televiziya ilə canlı yayımda təhqir edəndə də Nazarbayevin yanında idi. Həm xarici işlər naziri, həm BMT-nin Baş katibinin müavini olanda da beynəlxalq arenada Nazarbayevin imicinin keşiyində idi. İndi özünü “Yeni Qazaxıstan”ın yaradıcısı kimi təqdim edən Tokayev onillər boyu Nazarbayevin ən yaxın adamlarından biri idi və Qazaxıstanı sarsıdan xeyli xoşagəlməz hadisələrə aidiyyatı olub. Heç nəyə, hətta “DXR” və “LXR” haqqında kvazidövlətlər ifadəsi ilə Putinə müqavimət göstərməsinə baxmayaraq, elə məqamlar var ki, onları nəinki aradan qaldırmaq, heç olmasa, bir qədər düzəltmək Tokayev üçün çətindir. Həm də, çox güman, o müqavimət də simvolikdir, bunu Putin və Tokayevin ötən həftə Soçidə görüşü də təsdiq etdi.

“Yeni Qazaxıstan”ın yaranması gözlərimizin qarşısında köhnə, çox tanış olan metodlarla həyata keçirilir. Budur, Tokayev fond yaradır və biznesmenlər oraya pul köçürməyə məcbur edilirlər. Bu zaman Nazarbayevi və klanının çoxsaylı üzvlərini 30 il təmin edən fondları necə yada salmayasan? Son ayların bütün siyasi kampaniyası Nazarbayev oliqarxlığının Tokayevə uyğunlaşdırılmasına oxşayır. 

Tokayevin komandası asta-asta, zəhlə tökmədən yeni şəxsiyyətə pərəstiş yaradır, öz patronunu Mixail Qorbaçov səviyyəsində islahatçı kimi təqdim edir, intellektini və xarici dilləri bilməsini vurğulayır. Artıq yeni Qazaxıstan rəhbəri iyulda ağa bürünərək Məkkə ziyarətində görünür. Bu zaman xüsusi vurğulanır ki, xüsusi olaraq Tokayev üçün Kəbənin qapıları açılıb ki, Məscidül Haramda sakit dua edə bilsin. Belə şey hətta Nazarbayevin vaxtında olmamışdı...

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib

Yadigar Sadıqlı
8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Atəşkəsin bu qədər uzun sürməsi diplomatik səylərin nəticəsi idi. İndi, yeddi günlük pauzadan sonra İsrail də, HƏMAS da mürəkkəb hərbi və siyasi məsələləri həll etməlidirlər.  HƏMAS üçün bu, həyatda qalmaq mücadiləsidir. Nə qədər ki, HƏMAS yaraqlısı tətiyi basa və ya İsrailə raket ata bilir, məğlubedilməz olduğunu iddia edəcək. İsrailin vəzifəsi isə, özünün nəhəng hərbi qüdrətinə baxmayaraq, daha çətindir. Oktyabrın 7-də baş tutan və çoxu mülki şəxslər olan 1200-ə yaxın adamın ölümü ilə nəticələnən hücumdan sonra ölkənin baş naziri Binyamin Netanyahu HƏMAS-dan sarsıdıcı intiqam almağa and içib. İsrail ordusunun hərbi əməliyyatları bərpa etməsindən sonrakı ilk saatlarda hökumət “WhatsApp”dakı xəbərində bir daha...
Dünya

Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Toplum TV
8 Dekabr 2023

Reuters

Rusiya Federasiyası Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.  Toplum TV TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər. Məlumata görə, qondarma "Donetsk Xalq Respublikası parlamenti"nin spikeri Artyom Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb. https://toplum.tv/dunya/prusiyanin-neftden-gelirleri-rekord-hedde-ccedilatibp Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib. Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcək. O, qalib gəlsə, daha 6 il, 2030-cu ilə qədər dövlət başçısı postunu...

Seçilmiş Videolar

Toplum TV loqo