Dünya

Cəfər Pənahi 6 il müddətinə həbs edildi

19 İyul, 2022
1181

I24NEWS

Azərbaycan əsilli İran rejissoru Cəfər Pənahi 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını çəkmək üçün Evin həbsxanasına göndərilib.

Bu barədə iyulun 19-da İran mətbuatı məlumat yayıb. 

C.Pənahi milli təhlükəsizliyə qarşı cinayət törətməkdə ittiham edilib. 

O, iyulun 11-də rejissor həmkarlarının məhkəməsində iştirak edən zaman həbs edilib. Məhəmməd Rəsulof və Mustafa Ələhmədin iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılmışdılar. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.

Pənahi bundan əvvəl 2010-cu ildə də 6 il müddətinə həbs edilmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib

Yadigar Sadıqlı
8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Atəşkəsin bu qədər uzun sürməsi diplomatik səylərin nəticəsi idi. İndi, yeddi günlük pauzadan sonra İsrail də, HƏMAS da mürəkkəb hərbi və siyasi məsələləri həll etməlidirlər.  HƏMAS üçün bu, həyatda qalmaq mücadiləsidir. Nə qədər ki, HƏMAS yaraqlısı tətiyi basa və ya İsrailə raket ata bilir, məğlubedilməz olduğunu iddia edəcək. İsrailin vəzifəsi isə, özünün nəhəng hərbi qüdrətinə baxmayaraq, daha çətindir. Oktyabrın 7-də baş tutan və çoxu mülki şəxslər olan 1200-ə yaxın adamın ölümü ilə nəticələnən hücumdan sonra ölkənin baş naziri Binyamin Netanyahu HƏMAS-dan sarsıdıcı intiqam almağa and içib. İsrail ordusunun hərbi əməliyyatları bərpa etməsindən sonrakı ilk saatlarda hökumət “WhatsApp”dakı xəbərində bir daha...
Dünya

Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Toplum TV
8 Dekabr 2023

Reuters

Rusiya Federasiyası Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.  Toplum TV TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər. Məlumata görə, qondarma "Donetsk Xalq Respublikası parlamenti"nin spikeri Artyom Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb. https://toplum.tv/dunya/prusiyanin-neftden-gelirleri-rekord-hedde-ccedilatibp Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib. Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcək. O, qalib gəlsə, daha 6 il, 2030-cu ilə qədər dövlət başçısı postunu...

Seçilmiş Videolar

Toplum TV loqo