Cənubi Osetiyanın Rusiyanın tərkibinə qatılması ilə bağlı “məsləhətləşmələr” keçiriləcək
Moskvada Cənubi Osetiyanın referendum yoluyla Rusiyaya tərkibinə qatılması ilə bağlı “məsləhətləşmələr” keçiriləcək.
Bu barədə iyunun 13-də TASS məlumat yayıb.
Bildirilir ki, “məsləhətləşmələr” iyunun 14-nə planlaşdırılıb.
İyunun 12-də Cənubi Osetiyanın tanınmamış "prezidenti" Alan Qaqloyevin başçılıq etdiyi nümayəndə heyəti Moskvaya yola düşüb.
Qaqloyevin "prezident" kimi sələfi Anatoli Bibilov mayın 13-də seçkilərdə məğlub olduqdan sonra "respublika"nın Rusiyaya birləşməsi ilə bağlı referendumun keçirilməsi haqqında fərman imzalamışdı. Referendum iyulun 17-də keçirilməli idi. Amma mayın 30-da Qaqloyev Bibilovun fərmanının icrasını dayandırıb.
Dünyanın əksər ölkələri Cənubi Osetiyanın müstəqilliyini, eləcə də onun prezident seçkilərinin nəticələrini tanımır.
Bundan əvvəl, 2014-cü ildə keçirilən referendum nəticəsində Krım Rusiyanın tərkibinə qatılıb. Dünyanın əksər hissələri beynəlxalq hüquqla Ukraynanın suveren ərazisi hesab olunan Krımın ilhaqını tanımayıb.
Rusiyanın fevralın 24-də Ukraynada başlatdığı müharibədən sonra tanınmamış "Luqansk Xalq Respublikası"nın və "Donetsk Xalq Respublikası"nın da referendum yoluyla Rusiyanın tərkibinə qatılacağaına dair iddialar səslənir.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?