EU Reporter
Çin ABŞ ilə bir sıra sahələrdə əməkdaşlığı dayandırır.
Bu barədə avqustun 5-də Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Pekin bildirib ki, regional hərbi əməkdaşlıq çərçivəsində, eləcə də Çin və ABŞ müdafiə nazirliklərinin nümayəndələri arasında dialoq müvəqqəti olaraq dayandırılır.
Bundan əlavə, ABŞ nümayəndələri ilə dəniz təhlükəsizliyi mövzusunda görüşlər dayandırılır.
https://toplum.tv/dunya/kreml-cini-destekledi-abs-i-gunahlandirdi
Həmçinin Vaşinqtonla iqlim dəyişikliyi, narkotiklərlə mübarizədə əməkdaşlıq, ədliyyə sahəsində tərəfdaşlıq, repatriasiya, beynəlxalq cinayətkarlıqla, vətəndaşların qeyri-qanuni miqrasiyası ilə bağlı danışıqlar dayandırılır.
Avqustun 5-də məlum olub ki, rəsmi Pekin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin və Konqres nümayəndələrinin Tayvana səfərinə cavab olaraq, ABŞ və Çin müdafiə nazirliklərinin nümayəndələrinin işgüzar görüşünü ləğv edib və iki dövlətin regional hərbi komandanlıqlarının nümayəndələri səviyyəsindəki dialoqu dayandırıb.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir