Dünya

Çin ABŞ-la dialoqu bərpa etmək istəyir

22 Fevral, 2021
56

Square Insight

Son bir neçə il ərzində ABŞ faktiki olaraq Çinlə dialoqu dayandırıb, Pekin onun bərpası yolunda işləməyə hazırdır. 

"RİA Novosti"nin xəbərinə görə, bu sözləri yerli vaxtla fevralın 21-də Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ söyləyib.

“Son bir neçə il ərzində ABŞ faktiki olaraq iki ölkə arasındakı dialoqu bütün səviyyələrdə dayandırıb, bu da Amerika-Çin münasibətlərinin korlanmasının əsas səbəblərindən biridir... Çinin qapıları dialoq üçün həmişə açıqdır, biz ABŞ ilə açıq və dürüst əlaqələrə, eləcə də problemlərin həlli üçün dialoq aparmağa həmişə hazırıq”, - Van İ bu sözləri “Lantin” forumunun açılışında bildirib. 

Çin xarisi siyasət idarəsinin rəhbəri deyib ki, Çin və ABŞ müxtəlif ictimai təsisatlara, tarixə və mədəniyyətə malikdirlər, onların arasında ziddiyyətlərin və fikir ayrılıqlarının olması təbiidir: "Amma iki ölkə arasındakı münasibətləri bu fərqlər diktə etməməlidir, əsas olan dialoq yolu ilə qarşılıqlı anlaşmanı möhkəmləndirməkdir".

Dünya

Rusiya Qərbə səsləndi: "Odla oynamamağa çağırırıq"

 

3 Mart 2021

Sosial media

ABŞ və Avropa Birliyi müxalif lider Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsinə görə Rusiyaya qarşı birgə sanksiyalar tətbiq edib.  "Currentime.tv"-nin martın 3-də verdiyi məlumata görə, ABŞ sanksiyaları Rusiya Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikova, prezident administrasiyasının daxili siyasət idarəsinin rəisi Andrey Yarinə, baş prokuror İqor Krasnova, Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikova, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popova, həmçinin prezident administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkoya tətbiq edib. Bildirilir ki, Qərbin sanksiyalarına həmçinin Rusiya ilə əlaqədar olan şirkətlər və elmi-tədqiqat institutları da məruz qalıb. Bunlara "Ximmed", "Femteko", "İnterlab", "Labinvest", "Analitik prodakts", "İnteks avadanlıqları", "Rau farm", "Regionsnab" və...
Dünya

Yunanıstanda güclü zəlzələ baş verib

3 Mart 2021

sosial media

Yunanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə martın 3-də "Anadolu" agentliyi məlumat verib. Məlumata görə, saat 13:16-da baş verən zəlzələnin episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında qeydə alınıb. Məsələ ilə əlaqədar açıqlama verən Elasson şəhərinin meri Nikas Qatas deyib ki, ilkin məlumata görə, itki yoxdur. Hazırda dəyən ziyanın araşdırıldığı bildirilir.
Seçilmiş Videolar