France 24
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri baş tutsa, Çin hərbçiləri “əllərini sallayıb oturmayacaqlar”.
Reuters yazır ki, bu sözləri avqustun 2-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian mətbuat brifinqində deyib.
Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Pelosinin ABŞ hökumətində üçüncü ən mühüm şəxs statusuna malik olması səbəbindən onun Tayvana səfəri “ağır nəticələrə” gətirib çıxaracaq.
https://toplum.tv/dunya/cin-lideri-baydene-xeberdarliq-etdi-odla-oynayan-ozunu-yandiracaq
Bundan əvvəl Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei də analoji açıqlamalar vermişdi. O xatırlatmışdı ki, ABŞ Tayvanın müstəqilliyini dəstəkləməyəcəyinə söz verib, ona görə də Çin bunu real addımlarla təsdiq etməyi tələb edir.
İyulun 30-da Pelosi rəsmi tur çərçivəsində ABŞ-dan Asiya-Sakit okean regionuna səfər edib. Mediada Çinin etirazlarına baxmayaraq, Pelosinin Tayvana səfər edəcəyi ilə bağlı fərziyyələr var, amma hələlik bu barədə rəsmi informasiya yoxdur.
Global News
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir