Dünya

Çin Rusiya nümunəsi əsasında Tayvana hücum edəcəkmi?

11 Avqust, 2022
1111

Açıq mənbələrdən götürülüb

“Azadlıq radiosu”nun rus redaksiyanın müəllifi Aleksandr Podrabinek Çinin Rusiyanı "örnək alaraq" Tayvana hücum ehtimalı barədə “Kiyev və Taybey” adlı məqalə yazıb. “Toplum TV” aktuallığını nəzərə alaraq məqaləni azərbaycan dilinə tərcümədə təqdim edir:

“Kommunist Çin ordusu Tayvan sərhədləri yaxınlığında hərbi təlimlər keçir, adaya hücumu məşq edir. Ötən ilin payızında Rusiya ordusu da Ukrayna sərhədləri yaxınlığında təxminən beləcə təlim keçirdi. Əlbəttə, Tayvanın müstəqilliyinin Pekində doğurduğu qıcıq Rusiyanın Ukrayna incikliyindən az deyil. İndi rusların Ukraynanı ram etmək cəhdlərinə baxan Çin kommunistləri çox güman ki, düşünürlər: bəs biz nəyə görə Tayvanda eyni şeyi etməyək?

Bundan əlavə, Pekinin Moskvada olmayan motivi var: həsəd. Çin Respublikası (tayvanlılar ölkələrini belə adlandırır - red) uğurlu müasir dövlətdir. O, həcminə görə dünyanın 19-cu iqtisadiyyatıdır. BVF-nin 2021-ci il üçün məlumatına görə, adambaşına düşən ÜDM səviyyəsinə görə Tayvan dünyada 17-ci, kommunist Çini isə 80-ci yeri tutur. Sadə zəhmətkeşlərin qayğısına qaldığını elan edən kommunistlərin quduzlaşmaları üçün bütün əsasları var. Materik Çinlə müqayisədə Tayvanda həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəkdir. Amma əsas bu deyil. Moskva və Pekini ümumi təhlükə hissi birləşdirir: Tayvan və Ukrayna qonşu avtoritar rejimlərə dövlətin demokratik və uğurlu, oradakı insanların isə azad ola biləcəyini nümayiş etdirirlər. Düşünürəm ki, həm Vladimir Putini, həm Si Tsinpini hər şeydən çox məhz bu qıcıqlandırır.

https://toplum.tv/dunya/kremlin-yeni-tebligat-vesaiti-rusiya-edaletli-ve-tehlukesiz-dunya-duzeni-qurur

Yəqin ki, təkcə kommunist Çin deyil, ərazi mübahisələrini silah gücünə həll etməyi sevən başqaları da bu gün Rusiya ilə Ukraynanın müharibəsini diqqətlə izləyirlər. Pis nümunə yoluxucudur, cəzasızlıq isə ikiqat yoluxucudur. Əgər beynəlxalq birlik Rusiyaya Ukraynadan qopardığı torpaqları özünə birləşdirməyə imkan versə, bu, çoxlu lokal müharibələr üçün siqnal ola bilər.

Təəssüf ki, tarix nikbinlik üçün əsas vermir. Elə həmin Tayvanın nümunəsində bunu yaxşı görmək olar.Çin Respublikası Çinin, demək olar ki, bütün əsas  ərazisində 1912-ci ildə yaradılıb. İkinci Dünya Müharibəsində antihitler koalisiyasının üzvü olub. Sonra ölkədə vətəndaş müharibəsi başlayıb. SSRİ-dən dəstək alan kommunist üsyançılar qanuni Çin hökumətini devirdilər, sonuncu Tayvana qaçdı. 1970-ci illərə qədər müstəqil Tayvan bütün Çinin “beynəlxalq siması” idi, bu dövləti dünya ölkələrinin çoxu tanıyırdı. BMT-nin həmtəsisçisi kimi Çin Respublikası Təhlükəsizlik Şurasının daimi üzvü idi.

Sonra gərginliyin yumşalması deyilən dövr başladı. Əslində isə Qərbin beynəlxalq kommunist sisteminin təzyiqi nəticəsində geri çəkilməsi, azadlıq və demokratiya uğrunda mübarizə aparanlara qarşı silsilə xəyanət dövrü idi. 1971-ci ildə Çin Respublikası BMT-dən çıxarıldı, onun TŞ-dəki yerini kommunist Çini tutdu. Bu, deyəsən, bir ölkənin BMT-dən tam çıxarılmasının yeganə nümunəsidir. Pekin veto hüququ qazandı və beynəlxalq problemlərin ədalətli həlli yönündə bir çox təşəbbüsləri Sovet İttifaqı ilə bərabər bloklamağa başaldı.

Bu gün də belə davam edir. Çin hələ də totalitar kommunist rejimi olmaqdadır. Rusiya SSRİ-nin BMT-dəki yerini aldı, indi də sovet ideoloji mirasına iddialıdır. Hər iki ölkə BMT-nin onsuz da kasad sülhməramlı fəaliyyətini uğurla iflic edir. SSRİ BMT-də üç səsə malik idi, SSRİ özü, Ukrayna və Belarus. Onlar bir növ ayrı dövlət sayılırdılar, hərçənd, aydın deyil ki, məsələn ABŞ-ın 50 ştatı niyə ayrı dövlət sayılıb BMT-də təmsil olunmurdu.

https://toplum.tv/dunya/vladimir-putinin-qaz-oyunlari

XX əsrin ikinci yarısında Qərb demokratiyaları kommunizmə güzəşt kimi əcaib və qorxaq siyasət yürüdürdülər. Bu fəlakətli siyasətin nəticələri və bəzən də davamı indi də görünür. Yaxın vaxtlara qədər Qərb Rusiyaya xeyli investisiya ayıraraq Putin rejimini suyun üzərində saxlayırdı. Avtoritar div bəsləyirdilər, insan hüquqlarının pozulmasına və demokratik institutların davamlı məhvinə göz yumurdular. Bütün bunlar Rusiya tərəfindən qonşu ərazilərin faktiki ilhaqına və Ukrayna ilə müharibəyə səbəb oldu.

Qərb kommunist Çində demokratiyanın yoxluğuna və yadfikirlilərə qarşı siyasi repressiyalara göz yumaraq bu ölkənin iqtisadiyyatına daha çox investisiya qoyur. Halbuki avtoritar Rusiyaya bəraəti mümkünsüz iqtisadi dəstək və nəticə olaraq Ukrayna ilə müharibə nümunəsi azad dünyaya xəbərdarlıq olmalıdır:  yaxın gələcəkdə eyni şey Çinlə baş verə bilməzmi? Tayvanı da Ukrayna ilə eyni tale gözləmir ki? Bəlkə Çin-Çin müharibəsinin başlamasını gözləmədən Pekinə qarşı sərt sanksiyaları artıq indidən tətbiq etmək lazımdır?”

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Böyük Yeddilik ölkələri Qəzzada atəşkəsin uzadılmasını istəyir

Toplum TV
29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Böyük Yeddiliyə (G7) daxil olan ölkələrin xarici işlər nazirləri Qəzzada atəşkəsin uzadılmasını və bütün girovların dərhal azad edilməsini istəyib. Toplum TV BBC-yə istinadən xəbər verir ki, noyabrın 28-də Vaşinqtonda keçirilən görüşdə bununla bağlı birgə bəyanat qəbul edilib.  Sənədin qəbulundan əvvəl G7 ölkələrinin xarici işlər nazirləri İsrailin özünümüdafiə hüququnu tanıdıqlarını xüsusi qeyd ediblər. Həmçinin bəyanatda daimi atəşkəs çağırışı yoxdur. https://toplum.tv/dunya/pazerbaycan-israille-bagli-qetnamaye-qarsi-ccedilixibp “Biz yardım tədarükünü artırmaq və bütün girovların azad edilməsini təmin etmək üçün bu fasilənin daha da uzadılmasını və gələcək fasilələri dəstəkləyirik”, - sənəddə deyilir. Həmçinin vurğulanır ki, mülki əhaliyə ərzaq, su, yanacaq və dərman tədarükü də daxil olmaqla humanitar yardım göstərmək...
Dünya

Azərbaycan İsrailə qarşı qətnamayə səs verib

Toplum TV
29 Noyabr 2023

Un.org

BMT Baş Assambleyası İsraili Qolan Təpələrini tərk etməyə çağıran qətnamə qəbul edib. Toplum Tv "RIA Novosti"-yə istinadən xəbər verir ki,  BMT üzvləri sənəddə “İsrailin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə zidd olaraq 1967-ci ildən işğal altında olan Suriyanın Qolan Təpələrindən geri çəkilməməsindən dərin narahatlığını” bildiriblər.  https://toplum.tv/dunya/pelon-mask-anti-semitizm-ittihamlarindan-sonra-israile-sefer-edibp Azərbaycan daxil olmaqla 91 ölkə qətnaməni dəstəkləyib, 8 ölkə qətnamənin əleyhinə səs verib, 62 ölkə isə bitərəf qalıb. Qolan təpələri Yaxın Şərqdə mübahisəli ərazidir. Onun böyük hissəsi İsrailin, şərq hissəsi isə Suriyanın nəzarətindədir. İsrail Qolan təpələrini 1967-ci ildə 6 günlük müharibə zamanı ələ keçirib. Daha sonra, 1973-cü ildə Suriya təpələrə nəzarəti bərpa...

Seçilmiş Videolar

Toplum TV loqo