Dünya

Çin Rusiyaya texnologiya ixracını kəskin azaldıb

19 May, 2022
176

Reuters

Mart ayında Çin texnologiyalarının Rusiyaya ixracı bir neçə dəfə azalıb. Ehtimal ki, Çin ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmaqdan çəkinir.

"Radio Rferl" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların ticarət naziri Cina Raymonda məlumat verib.

Fevralla müqayisədə martda smartfonların ixracı 67%, noutbukların ixracı 40%, telekommunikasiya şəbəkə avadanlığının ixracı isə 98% azalıb. Raymondo bildirir ki, bu, Çinin ticarəti barədə son məlumatlarından aydın olur.

Ukraynaya qarşı təcavüzə görə tətbiq edilən sanksiyalar Rusiya şirkətlərinə kompyüter çiplərinin, telekommunikasiya avadanlıqlarının, lazerlərin. aviasiya və dəniz texnikasının satılmasını qadağan edir. Amerika avadanlıqlarından və proqram təminatından istifadə edən bütün müəssisələr qadağalara əməl etməyə borcludurlar. Əks halda, ABŞ həmin şirkətlərə öz texnologiyalarının satışını məhdudlaşdıra bilər.

Raymondo bildirib ki, Rusiyaya texnika ixracını digər ölkələr də azaldıb. Məsələn, ABŞ-dan (86%), Cənubi Koreyadan (62%), Finlandiyadan (60%) ixrac azalıb.

Martda Amerikanın "Apple" və Cənubi Koreyanın "Samsung" şirkətləri Rusiyada satışları dayandırdıqlarını bildirmişdilər. Çinin "Huawei" və "Xiaomi" şirkətləri mətbuatın bu barədə suallarını cavablandırmayıblar.

Dünya

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edildi

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Lvov Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi “Xoşbəxt Ukrayna” siyasi partiyasının və Ukrayna Kommunist Partiyasının fəaliyyətini qadağan edib. Bu barədə iyulun 5-də «Ukrainskaya Pravda» nəşri məlumat yayıb.  Lvov məhkəməsi hər iki partiyanın qadağan edilməsi ilə bağlı Ukrayna Ədliyyə Nazirliyinin iddialarını təmin edib.  https://toplum.tv/dunya/ukrayna-ruslar-ucun-viza-tetbiq-etdi “Xoşbəxt Ukrayna” - Rusiyaya qaçan Viktor Yanukoviç hökumətinin keçmiş gəlirlər və rüsumlar naziri Aleksandr Klimenkonun siyasi layihəsi hesab edilirdi. Məhkəmə qərarından bir neçə gün əvvəl partiyanın adı dəyişdirilmişdi: əvvəllər o, "Uğurlu Ukrayna" adlanırdı. Ukrayna Kommunist Partiyası isə Petro Simonenkonun ideya məhsuludur. Bu partiya hələ 2015-ci ilin dekabrında Kiyev Rayon İnzibati Məhkəməsi tərəfindən qadağan edilib, amma məhkəmə dartışması səbəbindən mövcudluğunu...
Dünya

Finlandiya və İsveç NATO-ya üzvlük protokollarını imzaladı

5 İyul 2022

ZDF

Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya daxil olmaq haqqında protokolları imzalayıblar. "Reuters" xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, İsveçin xarici işlər naziri Ann Linde və 30 NATO ölkəsinin səfirləri NATO-nun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolları imzalayıblar.  “Bu gün biz rəsmi olaraq üzvlük protokolunu imzalayırıq və ratifikasiya proseduruna başlayırıq. NATO-nun qapısı bütün Avropa demokratiyaları üçün açıqdır. Bu, Finlandiya, İsveç və NATO üçün yaxşı gündür, biz 32 üzv ölkə ilə daha da güclənəcəyik”, - NATO-nun baş katibi Yens Stoltenberq mərasimi açarkən deyib. Finlandiya və İsveç Rusiyanın Ukraynada başlatdığı müharibə...

Seçilmiş Videolar

Toplum TV loqo