Dünya

Çin Tayvana qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıb

3 Avqust, 2022
676

Açıq mənbələrdən götürülüb

Çin hökuməti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfərindən sonra Tayvana qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıb. 

Belə ki, avqustun 3-dən etibarən Pekin Tayvana qum tədarükünü dayandırıb. Çin Xalq Respublikasının Ticarət Nazirliyi bu tədbirin “mövcud hüquq normalarına uyğun olaraq” həyata keçirildiyini açıqlayıb.

Bundan əlavə, avqustun 3-dən Çin Tayvandan sitrus meyvələri və iki növ balıq məhsulunun idxalını dayandırdığını elan edib. Adaya qarşı müvəqqəti məhdudiyyətlərin səbəbləri açıqlanmır, amma  TTV bildirir ki, yeni iqtisadi sanksiyalar ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri fonunda yaranan gərginliklə bağlıdır.

https://toplum.tv/dunya/kiv-ag-ev-pelosinin-tayvana-seferine-gore-mesuliyyet-dasimadigini-beyan-edib

Pelosi isə ABŞ nümayəndə heyətinin Tayvana səfərinin səbəbi kimi demokratiyaya dəstəyi göstərib: 

"Bu gün nümayəndə heyətimiz Tayvana olan bağlılığımızdan əl çəkməyəcəyimizi və zamanın sınağından çıxmış dostluğumuzla fəxr etdiyimizi bildirmək üçün Tayvana gəlib".

Nensi Pelosi Tayvanın Baş Qərargah rəisi Tsay İnq-ven ilə görüşü zaman ABŞ-ın adanı dəstəkləmək öhdəliyindən əl çəkməyəcəyini bəyan edib. 

Pelosi Taypeyə avqustun 2-də axşam gəlib. Çin Xarici İşlər Nazirliyi Pelosinin Tayvana səfəri ilə bağlı ABŞ-a qarşı ciddi cavab tədbirlərinin görüləcəyini bildirib. Kreml isə Pelosinin səfərini ABŞ-ın Çinə açıq təxribatı kimi qiymətləndirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo