Dünya

Çində casusluqda ittiham edilən kanadalı həbs olundu

11 Avqust, 2021
570

Reuters

Çinin Dandun şəhər məhkəməsi Kanadadan olan biznesmen Maykl Speyvoru xarici kəşfiyyat orqanlarıyla əməkdaşlıqda günahkar bilib. 

BBC-nin məlumatına görə, məhkəmə 11 il müddətinə həbs olunan Speyvorun 7 min dollar məbləğindəki şəxsi əşyalarını da müsadirə edib. Çin hökuməti ittiham olunan şəxsin yalnız məhkumluq müddəti başa çatandan sonra öz ölkəsinə təhvil verilə biləcəyini bildirib. 

"Məhkəmənin qərarı tamamilə ədalətsiz və qəbuledilməzdir", - deyə Kanadanın baş naziri Casti Trüdo xəbərə münasibət bildirərkən deyib. 

Maykl Speyvor  "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjounun Vankuver şəhərində həbs olunması səbəbindən Kanada və Çin arasında münasibətlərin kəskinləşməsi fonunda, 2018-ci ilin dekabrında saxlanılmışdı. 

Çin hökuməti Speyvoru dövlət sirlərinin və fəaliyyətini yaymaqla ölkənin milli təhlükəsizliyinə təhdid yaratmaqda ittiham etmişdi. 

Bundan əvvəl Çində bir başqa kanadalı Robert Şellenberq barədəki ölüm hökmü qüvvəsində saxlanılıb. 2014-cü ildən bəri həbsdə saxlanılan Şellenberq narkotik qaçaqmalçılığında ittiham edilir. Kanada, ABŞ və Niderland ölüm hökmünün qüvvədə qalmasını qınayıblar. 

Dünya

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edildi

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Lvov Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi “Xoşbəxt Ukrayna” siyasi partiyasının və Ukrayna Kommunist Partiyasının fəaliyyətini qadağan edib. Bu barədə iyulun 5-də «Ukrainskaya Pravda» nəşri məlumat yayıb.  Lvov məhkəməsi hər iki partiyanın qadağan edilməsi ilə bağlı Ukrayna Ədliyyə Nazirliyinin iddialarını təmin edib.  https://toplum.tv/dunya/ukrayna-ruslar-ucun-viza-tetbiq-etdi “Xoşbəxt Ukrayna” - Rusiyaya qaçan Viktor Yanukoviç hökumətinin keçmiş gəlirlər və rüsumlar naziri Aleksandr Klimenkonun siyasi layihəsi hesab edilirdi. Məhkəmə qərarından bir neçə gün əvvəl partiyanın adı dəyişdirilmişdi: əvvəllər o, "Uğurlu Ukrayna" adlanırdı. Ukrayna Kommunist Partiyası isə Petro Simonenkonun ideya məhsuludur. Bu partiya hələ 2015-ci ilin dekabrında Kiyev Rayon İnzibati Məhkəməsi tərəfindən qadağan edilib, amma məhkəmə dartışması səbəbindən mövcudluğunu...
Dünya

Finlandiya və İsveç NATO-ya üzvlük protokollarını imzaladı

5 İyul 2022

ZDF

Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya daxil olmaq haqqında protokolları imzalayıblar. "Reuters" xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, İsveçin xarici işlər naziri Ann Linde və 30 NATO ölkəsinin səfirləri NATO-nun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolları imzalayıblar.  “Bu gün biz rəsmi olaraq üzvlük protokolunu imzalayırıq və ratifikasiya proseduruna başlayırıq. NATO-nun qapısı bütün Avropa demokratiyaları üçün açıqdır. Bu, Finlandiya, İsveç və NATO üçün yaxşı gündür, biz 32 üzv ölkə ilə daha da güclənəcəyik”, - NATO-nun baş katibi Yens Stoltenberq mərasimi açarkən deyib. Finlandiya və İsveç Rusiyanın Ukraynada başlatdığı müharibə...

Seçilmiş Videolar

Toplum TV loqo