Dünya

Çində donos yazan vətəndaşlara pul veriləcək

8 İyun, 2022
1162

Açıq mənbələrdən götürülüb

Çin hökuməti gələn həftədən etibarən “milli təhlükəsizliyi pozanlar” barədə donos yazan vətəndaşlara pul mükafatları və fəxri fərmanlar verəcək. 

"Reuters" xəbər verir ki, "etibarsız vətəndaşlar" haqqında məlumat verən çinlilər 100 000 yuana (15 000 ABŞ dolları) qədər vəsait ala biləcəklər.  

Çin Təhlükəsizlik Nazirliyinin sözçüsü yerli mətbuata açıqlamasında bildirib ki, bu tədbirlər mükafatları standartlaşdırmaq və ictimaiyyəti xarici kəşfiyyat agentliklər, o cümlədən digər düşmən qüvvələrlə mübarizəyə həvəsləndirmək məqsədi daşıyır.

Mükafatın miqdarı verilən məlumatın keyfiyyətindən asılı olacaq. Bir neçə vətəndaş eyni qanun pozuntusu ilə bağlı müraciət edərsə, pulu birinci olan şəxs alacaq.

Çinin bir çox regionlarında artıq “sosial kreditlər” adlanan sistem fəaliyyət göstərir, onun köməyi ilə hakimiyyət orqanları vətəndaşların və təşkilatların etibarlılığını qiymətləndirir.

Çoxlu “sosial krediti” olan vətəndaşlar ən yaxşı mehmanxanalara, kirayə evlərə və məktəblərə çıxış əldə edir.

“Etibarsız” vətəndaşlar müəyyən müddətə ictimai nəqliyyatla məhdudlaşa bilərlər. Rəsmi məlumatlara görə, 2017-ci ildə 6 milyon insan qatar, avtobus və təyyarələrə bilet almaqda problem yaşayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib

Yadigar Sadıqlı
8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Atəşkəsin bu qədər uzun sürməsi diplomatik səylərin nəticəsi idi. İndi, yeddi günlük pauzadan sonra İsrail də, HƏMAS da mürəkkəb hərbi və siyasi məsələləri həll etməlidirlər.  HƏMAS üçün bu, həyatda qalmaq mücadiləsidir. Nə qədər ki, HƏMAS yaraqlısı tətiyi basa və ya İsrailə raket ata bilir, məğlubedilməz olduğunu iddia edəcək. İsrailin vəzifəsi isə, özünün nəhəng hərbi qüdrətinə baxmayaraq, daha çətindir. Oktyabrın 7-də baş tutan və çoxu mülki şəxslər olan 1200-ə yaxın adamın ölümü ilə nəticələnən hücumdan sonra ölkənin baş naziri Binyamin Netanyahu HƏMAS-dan sarsıdıcı intiqam almağa and içib. İsrail ordusunun hərbi əməliyyatları bərpa etməsindən sonrakı ilk saatlarda hökumət “WhatsApp”dakı xəbərində bir daha...
Dünya

Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Toplum TV
8 Dekabr 2023

Reuters

Rusiya Federasiyası Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.  Toplum TV TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər. Məlumata görə, qondarma "Donetsk Xalq Respublikası parlamenti"nin spikeri Artyom Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb. https://toplum.tv/dunya/prusiyanin-neftden-gelirleri-rekord-hedde-ccedilatibp Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib. Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcək. O, qalib gəlsə, daha 6 il, 2030-cu ilə qədər dövlət başçısı postunu...

Seçilmiş Videolar

Toplum TV loqo