Dünya

Çində ikinci və üçüncü uşağa görə müavinət veriləcək 

29 İyul, 2021
150

CNN

Çində ilk dəfə - Sıçuan əyalətinin Pançjixua şəhərində hər doğulan ikinci və üçüncü uşağa görə ailələrə müavinət ödəniləcək. 

Bu barədə iyulun 29-da "South China Morning Post" qəzeti məlumat verib. 

Bildirilir ki, uşağın 3 yaşa qədəm qoymasına qədər ailələrə hər ay 500 yuan (131 manat) vəsait ödəniləcək. Bundan başqa, ailələr hamilələrə qayğı üçün pulsuz imkan əldə edəcəklər. Eləcə də yerli işçilərə doğumu arıtrmaq və uşaqlara qayğı üçün xidmətlər təklif olunacaq. 

Bu qərarları Çində doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirirlər. Hökumət doğum səviyyəsinin aşağı düşməsinə görə, əməkqabiliyyətli əhalinin sayında azalmanın olacağını, nəticədə iqtisadiyyata yük düşəcəyini gözləyir. Baş nazir Li Kesyan bildirib ki, bu məsələnin həlledici əhəmiyyəti var, çünki Çinin inkişafına birbaşa təsir edir. 

Çində bu ilin mayında doğum siyasətinə dəyişiklik edilib, ölkədə ailələrə üç uşaq dünyaya gətirməyə icazə verilib. 
 

Dünya

ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

25 Sentyabr 2021

Rəsmi səhifə

ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib. “Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regionundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”. Ağ Evin Şərq Otağında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional...
Dünya

Tramp seçici bəyənməsinə görə Baydeni üstələyib

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sentyabrın nəticələrinə əsasən indiki Prezident Co Baydeni seçicilərin bəyənməsində qabaqlayır.  Bu barədə "The Hill" nəşri Harvard Mərkəzinin sorğu nəticələrinə istinadən xəbər verir. Sorğu nəticələrinə görə, Birləşmiş Ştatların keçmiş prezidentini seçicilərin 48 faizi, indikini isə 46 faizi dəstəkləyir. Respondentlərin 51 faizi Trampın Baydendən yaxşı prezident olduğunu düşünürlər.  "The Hill" qeyd edir ki, indiki prezidentin reytinqi koronavirus yoluxmalarının artması və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda azalır. İyulda Baydenin reytinqi 52% təşkil edirdi, bu da bir ay əvvəl ilə müqayisədə 10% az idi. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə Baydenin reytinqi 46 faizə düşüb.  Avqustun 13-də keçirilən analoji sorğuda...
Seçilmiş Videolar