Dünya

Çinin “beyinə nəzarət” silahı hazırlaması narahatlığına səbəb olub

13 Yanvar, 2022
179

Açıq mənbələrdən götürülüb

Çində “beyinə nəzarət” silahının hazırlanması ehtimalı barədə KİV-də yayılan xəbərlər Avroparlament üzvlərinin narahatlığına səbəb olub. 

“İnterfaks” xəbər verir ki, bir qrup italiyalı deputat məsələ ilə əlaqədar Avropa Komissiyasına (AK) müraciət edib. 

Sənəddə qeyd olunur ki, ABŞ Çinin hərbi tibb akademiyasını, eləcə də həmin akademiyanın 11 müəssisəsini “beyinə nəzarət” imkanı verəcək silah üzərində işlədiklərinə görə qara siyahıya salıb. 

Deputatlar iddia edirlər ki, ÇXR hakimiyyəti “hərbi sahədə yeni biotexnoloji silahların tətbiqi üsulları” üzərində işləyir. Belə layihələrə genlərin redaktə olunması, insanın iş qabiliyyətinin artırılması, neyrokompüter interfeysləri daxildir. 

İtaliyalı parlamentarilər Avropa Komissiyasını Çinə qarşı irəli sürülən ittihamlar barədə məlumat verməyə çağırıblar. Eləcə də onlar, ittihamlar təsdiq olunduğu halda AK-nın cavab tədbiri görüb-görməyəcəyi ilə maraqlanırlar.

Dünya

Qərb Ukraynaya daha 1,5 milyard avroluq hərbi yardım göstərəcək

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qərb ölkələri Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanın hərbi ehtiyacları üçün bir milyard yarım avrodan çox vəsait ayırmağa söz verib.  "Radio Svoboda" xəbər verir ki, bu barədə avqustun 12-də Kopenhagendə 26 ölkənin müdafiə nazirlərinin konfransında bildirilib. Bu vəsaitdən silah, raket və sursatların tədarükü, Ukrayna üçün silah istehsalının artırılması, ukraynalı əsgərlərin təlimi və Ukraynanın müharibə gedən ərazilərində minaların təmizlənməsi üçün istifadə olunacaq. https://toplum.tv/dunya/ukrayna-krimi-vurdu-rusiyanin-reaksiyasi-nece-olacaq Ukrayna Prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Qərb müttəfiqlərindən daha çox maliyyə vəsaiti və silah-sursat istəyib. "Rusiyanı nə qədər tez dayandırsaq, özümüzü bir o qədər tez təhlükəsiz hiss edəcəyik. Müdafiəmiz üçün silah-sursat lazımdır", - deyə Zelenski bildirib. Ukraynanın müdafiə...
Dünya

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. "Anadolu" agentliyi xəbər verib ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu göstəriş verib.   https://toplum.tv/dunya/ruslar-kutlevi-sekilde-turkiyeden-ev-alir “Avqustun əvvəlindən Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Krım tatarlarına “türk mənşəli həmvətən” statusu əsasında  uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. Əvvəllər Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklər bu statusdan yararlanıblar", - deyə o bildirib.  Qeyd olunub ki, Krım tatarlarına yaşayış icazəsi 2022-ci ilin iyununda daxili işlər naziri Süleyman Soylunun adından verilməyə başlanıb. 

Seçilmiş Videolar

Toplum TV loqo