CNN
Rusiya prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilər, bu da ona ümumi səfərbərlik keçirməyə və əlavə qüvvələr cəlb etməyə imkan verəcək.
Bu barədə Qərb rəsmilərinə istinadən CNN xəbər yayıb.
Telekanal başqaları ilə yanaşı, Böyük Britaniyanın müdafiə naziri Ben Uollesdən sitat gətirir. Nazir deyib ki, Putin Ukraynada baş verənləri “xüsusi əməliyyat” adlandırmaqdan vaz keçə və ümumi səfərbərlik elan edə bilər.
ABŞ Dövlət departamentinin nümayəndəsi Ned Prays bildirib ki, rusların 9 maydan “təbliğat məqsədli istifadə üçün mümkün olan hər şeyi edəcəklərini gözləməyə ciddi əsaslar var”
Rəsmi müharibə elanı Putinə Ukraynadakı itkilərin yerini ehtiyat qüvvələrlə doldurmaq imkanı verəcək. Ukrayna Müdafiə Nazirliyi rusların mayın 3-ə qədər 24 mindən çox canlı qüvvə itirdiyini iddia edir. Rusiya Müdafiə Nazirliyi isə sonuncu dəfə itkilər barədə martın 25-də danışıb və 1351 hərbçinin öldüyünü söyləyib.
Səfərbərlik haqqında qanuna görə, Rusiya prezidenti “Rusiya Federasiyasına qarşı təcavüz və ya bilavasitə təcavüz təhlükəsi, Rusiya Federasiyasına qarşı yönələn hərbi konfliktlərin baş verməsi halları zamanı” qismən və ya tam səfərbərlik elan edə bilər.
CNN 9 mayla bağlı başqa variantı göstərir. Bildirilir ki, Rusiya 9 may günü Donbasın ilhaqını elan edə bilər. Bu versiyanı ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter də səsləndirib.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”