Açıq mənbələrdən götürülüb
ABŞ rəsmiləri hesab edir ki, Rusiya hərbçiləri İranın "Şahed-191" və "Şahed-129" hücum dronlarıyla təlimlərə başlayıb.
Bu barədə adı açıqlanmayan ABŞ rəsmisinə istinadən CNN məlumat yayıb. Telekanal iddia edir ki, baş verənlər Rusiyanın bu PUA-ları almaq niyyətinin təsdiqidir.
“Son bir neçə həftə ərzində Rusiya nümayəndələri PUA-ların təhvil alınmasına dair razılaşma çərçivəsində İranda təlimlər keçirlər”, - deyə CNN-in mənbəsi bildirib. O, həmçinin qeyd edib ki, təlimlərlə bağlı kəşfiyyat məlumatı bu yaxınlarda məxfilikdən çıxarılıb.
CNN daha əvvəl bildirmişdi ki, Rusiya nümayəndə heyəti hər ikisi dəqiq idarə olunan raketləri daşıya bilən "Şahid-191" və "Şahid-129" pilotsuz təyyarələri ilə tanış olmaq üçün iyun və iyulun əvvəllərində İranın Kaşan aerodromuna azı iki dəfə səfər edib. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, İran hökuməti Rusiyaya döyüş modelləri də daxil olmaqla bir neçə yüz pilotsuz uçuş aparatı verməyə hazırlaşır.
Öz növbəsində Tehran Moskvaya PUA-ların verilməsi iddialarını təkzib edib. İyulun 15-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ukraynalı həmkarı Dmitri Kuleba ilə müsahibəsində bu barədə xəbərləri “əsassız” adlandırıb. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin İran PUA-larının alınması ilə bağlı sualını şərh etməkdən imtina edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür