Tass
Demokrat, keçmiş prezident müavini, 36 illik konqresmen Co Bayden ABŞ-ın 46-cı prezidenti olacaq.
TASS agentliyinin yanvarın 20-də verdiyi xəbərə görə, ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilib.
Yeni prezident çıxışı zamanı ölkəyə və Konstitusiyaya sadiq qalacağına and içib.
Baydenlə bərabər fəxri qonaqlar üçün ayrılan zonada yeni seçilmiş ABŞ-ın 49-cu vitse-prezidenti Kamala Harris və səlahiyyət müddəti bitən vitse-prezident Maykl Pens də əyləşib.
Orada, həmçinin ABŞ-ın keçmiş prezidentləri, seçilmiş Prezidentin ailə üzvləri, ABŞ Ali Məhkəməsinin hakimləri, amerikalı qanunvericilər yer alıb.
Mərasimə qatılan qonaqlar koronavirus pandemiyası səbəbindən sosial məsafə qaydalarına uyğun olaraq əyləşdirilib.
Donald Trampın tərəfdarlarının 6 Yanvar Kapitolidəki qiyamları səbəbindən mərasimdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər