Dünya

Co Bayden: "Enerji resursları Rusiyanın silahına çevrilməməlidir"

16 İyul, 2021
758

Reuters

Birləşmiş Ştatlar və Almaniya Rusiyanın öz enerji resurslarından qonşularına qarşı silah kimi istifadəsinə mənfi münasibət bəsləməkdə həmrəydirlər. 

“Radio Svoboda” məlumat verir ki, bu fikri ABŞ prezidenti Co Bayden Almaniya kansleri Angela Merkellə birgə keçirdiyi mətbuat konfransı zamanı səsləndirib. 

İki ölkə liderinin Ağ Evdə apardıqları danışıqlar zamanı Rusiya ilə münasibətlər və “Şimal axını – 2” qaz boru kəmərinin taleyi əsas mövzular arasında olub. Bayden bildirib ki, Almaniyanın qaz kəmərinin tikintisində iştirakı onu qayğılandırır. Prezidentin sözlərinə görə, tikinti  artıq başa çatmaq üzrədir, məhz bu, layihənin əsas iştirakçılarına qarşı sanksiya tətbiq etmək barədə qərarın verilməməsinə səbəb olub. 

“Şimal axını – 2” kəmərinə məhdudiyyətlərin tətbiq edilməməsi demokratların və bəzi respublikaçıların tənqidləriylə qaşılanıb. Sanksiya tərəfdarları hesab edirlər ki, yeni qaz kəmərinin çəkilişi Ukraynanı öz ərazisindən keçən qaz kəmərindən götürdüyü gəlirdən məhrum edəcək. 

Bayden mətbuat konfransında  “Şimal axını -2” kəmərini nəzərdə tutaraq bildirib ki, yaxşı dostlar hansısa məsələdə razı qalmaya bilərlər: “Amma biz NATO-nun şərq cinahındakı müttəfiqlərimizi Rusiya təcavüzündən qorumaq üçün birlikdə hərəkət edəcəyik”.

Angela Merkel Almaniyann ticarət əlaqələrini inkişaf etdirməyə çalışdığı Çinlə bağlı fikir ayrılıqları ilə yanaşı, iki ölkəni birləşdirən cəhətlərdən də bəhs edib. “Bizim ümumi dəyərlərimiz var, dövrümüzün sınaqlarına cavab vermək üçün ümumi əzmimiz var”, - deyə o bildirib. 

Bu, Angela Merkelin kansler kimi ABŞ-a yəqin ki, son səfəridir. Sentyabrda keçirilən seçkilərdən sonra onun öz vəzifəsindən gedəcəyi gözlənilir.

Dünya

Putin MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsini istəyir

16 May 2022

kremin.ru

Rusiya Prezidenti Vladimir Putin mayın 16-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitindəki çıxışı zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) təşkilatda müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib. “TASS”ın məlumatına görə, Prezident Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB məkanında təbii tərəfdaşlarla əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb. Putin onu da qeyd edib ki, KTMT payızda birgə hərbi təlimlər planlaşdırır. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan, Qırğızıstan və Tacikistanda keçiriləcək. Mayın 15-də Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır. Putin sammitdəki...
Dünya

BMT: Hər 10 ukraynalıdan 9-u yoxsulluq təhlükəsiylə üz-üzədir

16 May 2022

Getty Images

Rusiya ilə Ukrayna arasındakı müharibə uzanarsa, bu, hər 10 ukraynalıdan 9-nun yoxsulluq həddinindən də aşağı həddə düşməsinə gətirib çıxaracaq. Bu barədə BMT məlumat yayıb. “Ukraynada azı 100 milyard ABŞ dolları dəyərində olan binalar, yollar, körpülər, xəstəxanalar, məktəblər dağıdılıb. Müəssisələrin yarısı tamamilə bağlanıb, digər yarısı isə çətinliklə üzləşib”, - deyə BMT-nin açıqlamasında bildirilir. Qurum qeyd edir ki, əgər Ukraynada müharibə uzanarsa, bu, ölkənin inkişafını iyirmi ilə yaxın müddətdə təhlükə altına qoya bilər. Mayın əvvəlində «CNN» xəbər vermişdi ki, Ukraynanın cənubunda rus hərbçiləri işğal etdikləri ərazilərdə ukraynalı fermerlərdən taxıl ehtiyatını və kənd təsərrüfatı texnikasını oğurlayır, həmçinin ərzaq anbarlarını atəşə tuturlar. Kiyev İqtisadiyyat...

Seçilmiş Videolar

Toplum TV loqo