Dünya

Co Bayden nə qədər vergi ödədiyini açıqladı

18 May, 2021
144

Bloomberg

ABŞ prezidenti Co Bayden 2020-ci il üçün vergi bəyannaməsini açıqlayıb. 

Ağ Evdən verilən məlumata görə, bəyannamədə göstərilir ki, Bayden və həyat yoldaşı ötən il 607 min 336 dollar qazanıblar, 25.9 faiz gəlir vergisi ödəyiblər. 

Bayden seçki kampaniyası zamanı şəxsi gəlirləri barəsində şəffaf olacağını demişdi. Təşviqat kampaniyası zamanı o, keçmiş prezident Donald Trampı vergi bəyannaməsi açıqlamadığına görə tənqid etmişdi. İndi o, vergi bəyannaməsini açıqlamaqla Donald Trampın yerinə yetirmədiyi ənənəni bərpa edib.

Onillər boyu ABŞ prezidentləri vergi sənədlərini dərc ediblər. Bu sənəddə gəlir, gəlirin mənbəyi, xeyriyyə ianələri kimi məsələlər yer alır. Tramp isə bu ənənəni pozmuşdu. 

Bayden həyat yoldaşı Cill ilə birlikdə 2020-ci ildə 10 xeyriyyə qurumuna 30 min 704 dollar ianə ediblər. 10 min dollarlıq ən böyük ianə isə Bo Bayden Fonduna köçürülüb. 

Vitse-prezident Kamala Harris və həyat yoldaşı Duqlas Emhoff da 2020-ci il üçün vergi bəyannamələrini açıqlayıblar. Onlar ötən il qazandıqları 1 milyon 695 min 225 dollardan 36.7 faizlik vergi ödəyiblər. 27 min dollar isə xeyriyyəyə köçürülüb.

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Dünya

Seçki günü Ermənistanda məntəqədə atəş açılıb

20 İyun 2021

Sia.az

İyunun 20-də Ermənsitanda seçki məntəqəsinə atəş açıldığı bildirilir. Bu haqda News.am xəbər verir. Polis Şöbəsinə Azataşen kəndindəki seçki məntəqəsinə atəş edildiyi barədə məlumat daxil olduğu deyilir. Araşdırma zamanı məlum olub ki, seçki məntəqəsində “Çiçəklənən Ermənistan” Partiyası ilə “Verelk” Partiyasının nümayəndələri arasında mübahisə düşüb və bir neçə dəfə atəş açılıb. Faktla bağlı araşdırma aparılır. Emənistanda “Respublika naminə” partiyasının rəhbəri, “Şirinyan-Babacanyan demokratlar bloku”nun liderlərindən Arman Babacanyan seçki günü səhər saatlarında avtomobilinin yan şüşəsində güllə izi tapdığını deyir. Bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışan siyasətçi özünə heç nə olmadığını bildirib. Onun sözlərindən məlum olur ki, hadisə vaxtı avtomobildə nə özü, nə də...
Seçilmiş Videolar