GETTY IMAGES
ABŞ prezidenti Co Bayden Ukraynada dinc əhaliyə qarşı Rusiya qoşunları tərəfindən törədilənləri ilk dəfə olaraq soyqırım adlandırıb.
“Mən bunu soyqırım adlandırıram, çünki getdikcə daha aydın olur ki, Putin ukraynalı olmaq faktının özünü məhv etməyə çalışır. Bunun sübutları getdikcə artır”, - söyləyən Bayden Rusiyanın Ukraynada etdiklərini soyqırım olub-olmaması barədə son rəyi hüquqşünasların verəcəyini, amma öz fikrincə bunun soyqırım olduğunu əlavə edib.
İndiyə qədər Birləşmiş Ştatların rəsmi şəxsləri Rusiyanın davranışını soyqırım kimi qiymətləndirməkdən çəkinərək, hərbi cinayətlər terminini işlədirdilər.
Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ötən həftə bildirirdi ki, Ukraynda baş verənlər Amerika hökumətinin istifadə etdiyi soyqırım tərifinə uyğun gəlmir. Bu tərifə görə, soyqırım – milli, etnik, irqi və ya dini qrupun məhvinə qarşı yönələn hərəkətdir.
Rusiyaya yönəlik soyqırım ittihamları Buça şəhərində dinc sakinlərin çoxsaylı cəsədlərinə rast gəlinəndən sonra səsləndirilir. Buça merinin sözlərinə görə, aprelin 12-nə qədər şəhər ərazisində 403 cəsəd tapılıb. Onların rusiyalı hərbçilər tərəfindən öldürüldüyü güman edilir.
Rusiya rəsmiləri isə dinc ukraynalılara qarşı bütün qəddarlıq ittihamlarını rədd edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb