Dünya

Co Bayden: Tvitter bütün dünyaya yalan yayır

5 Noyabr, 2022
852

Açıq mənbələrdən götürülüb

ABŞ prezidenti Co Bayden bildirib ki, bu yaxınlarda milyarder Elon Mask tərəfindən satın alınan "Tvitter" sosial şəbəkəsi bütün dünyaya yalan yayır.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. 

“Elon Mask ortaya çıxıb bütün dünyaya yalan yayan bir instrument alır. Amerikada artıq redaktorlar qalmayıb”, - deyə  Bayden bildirib.

https://toplum.tv/dunya/bayden-biz-irani-azad-edeceyik

Oktyabrın sonunda Mask, "Tvitter"-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. O, ciddi senzuraya görə geniş tənqid edilən sosial şəbəkənin redaksiya siyasətini liberallaşdıracağına, məzmun moderatoru şurası yaradacağına, şura fəaliyyətə başlayana qədər redaksiya siyasəti və bloklanmış hesabların bərpası ilə bağlı qlobal qərarlar qəbul etməyəcəyinə söz verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Məhkəmə Donald Trampı dələduzluqda təqsirli bilib

Toplum TV
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Sentyabrın 26-da Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı və ailəsini dələduzluqda təqsirli bilib.  Toplum TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.  Məhkəmənin hakimi Artur Enqoron Trampın öz aktivlərinin dəyərini qanunsuz olaraq artırdığını bildirib.  2022-ci ilin sentyabrında Nyu-Yorkun baş prokuroru Letitiya Ceyms Trampa qarşı iddia qaldırarkən onu dələduzluqda ittiham etmişdi. Onun sözlərinə görə, Trampın əsas şirkəti olan "The Trump Organization" on il ərzində maliyyə orqanlarından bank müavinətləri almaq üçün öz aktivlərinin dəyəri barədə yalan informasiya verib. https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp Medianın məlumatına görə, sentyabrın 26-da çıxarılan məhkəmə qərarı dövlət vəkili Letitiya Ceymsin mülki iddiası üzrə yekun qərar deyil, işə baxılması oktyabrın...
Dünya

ABŞ Polşaya 2 milyard dollar kredit verəcək

Toplum TV
26 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

ABŞ Polşa ordusunun modernləşdirilməsinə dəstək olmaq üçün 2 milyard dollarlıq kredit verəcək. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 26-ı ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bəyanata əsasən, "Xarici Hərbi Maliyyələşdirmə" (FMF) proqramı çərçivəsində ABŞ və Polşa arasında NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün 2 milyard dollarlıq birbaşa kredit müqaviləsinin imzalandığı bildirilib. https://toplum.tv/dunya/ppolsanin-bas-naziri-ukrayna-ile-muumlnasibetler-ccediletin-veziyyetdedirp Departamentin açıqlamasına görə, müqavilə əsasında Polşa ordusunda istifadə olunan Rusiya istehsalı köhnə hərbi texnikaların sıradan çıxarılması planlaşdırlır. Bildirək ki, Varşava bu il müdafiə xərclərini ÜDM-nin 4%-dək artırmağı planlaşdırıb. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur.

Seçilmiş Videolar

Toplum TV loqo