FoodNavigator-USA
"Coca-Cola" şirkəti məhsullarının Rusiyada istehsalını və satışını dayandıracaq.
"Röyter" xəbər verir ki, bu, mövcud ehtiyatların satılıb qurtarmasından sonra baş verəcək.
Şirkət "Coca-Cola" içkisindən əlavə, Rusiyada "Fanta" və "Sprayt", “Schweppes” “Bon Aqua” və “Fuzetea” içkilərini buraxırdı.
Ukraynaya təcavüzə görə "Coca-Cola" şirkəti Rusiyada biznesini dayandırdığını martın əvvəllərində elan etmişdi. Mayın ortalarında “Oçakovo” zavodu "Coca-Cola", "Fanta" və "Sprayt" içkilərinin əvəzini buraxmağa başlayıb. Yeni içkilər "CoolCola", "Fancy" и "Street" adlanır. Butulkanın formasına və tərtibatına görə orijinalları xatırladan bu içkilərdə yalnız etiket fərqlidir - ənənəvi loqotiplərin yerinə C, F və S hərflərindən istifadə olunur.
"Pepsi", "Mirinda" və "7Up" içkilərini istehsal edən "PepsiCo" şirkəti də Rusiyada məhsullarının satışını dayandırıb.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?