FT
Çinli alimlər və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin Çində apardıqları birgə elmi fəaliyyətin yekun hesabatı açıqlanıb.
AP-nin martın 29-da verdiyi xəbərə görə, mütəxəssislər COVID-19-un yarasalardan insanlara bilinməyən aralıq heyvan vasitəsilə keçə biləcəyi qənaətinə gəliblər. Bildirilib ki, bu, indiyə qədər irəli sürülən ən etibarlı nəzəriyyədir.
Mütəxəssislərin fikrincə, koronavirus kərtənkələ, pişik və ya gəlincik kimi aralıq heyvan növündən insana keçib. Qeyd edilib ki, infeksiyanın birbaşa yarasalardan insana ötürülməsi ehtimalı azdır.
Hesabatda koronavirusun laboratoriyadan sızma nəticəsində yaranması versiyası isə rədd edilib.
AFP
Hans Birger Nilsen
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır