Dünya

COVID pasportu olmayan prezident restorana buraxılmadı

21 Sentyabr, 2021
116

Reuters


BMT Baş assambleyasında iştirak etmək üçün Nyu-Yorka gələn Braziliya prezidenti Jair Bolsonarunu burada restorana buraxmayıblar. 

Bu barədə "Röyters"-in məlumatında bildirilir.  

Şəhərdə qüvvədə olan sanitar qaydalara görə qapalı yerlərə daxil olmaq üçün  COVID-19 əleyhinə peyvənd olunmaq haqqında sənəd təqdim etmək lazımdır. 

Peyvənd olunmayan Braziliya lideri yeməyini küçədə yeməli olub. Səhiyyə naziri Marselo Keyroqa, turizm naziri Jilson Maçadu Neto və başqaları onunla birlikdə olublar. Bolsanaru peyvənd olunmamasını immun sisteminin koronavirusa müqavimət göstərmək üçün yetərincə güclü olması ilə izah edib.

Qeyd olunur ki, nümayəndələrin BMT BA zalına buraxılmaları üçün peyvənd sənədi tələb olunmur. Amma Nyu-York meri Bill de Blazio daha əvvəl dünya liderlərinə müraciət edərək səfərdən öncə peyvənd olunmalarını xahiş edib. 

Jair Bolsonaru ölkəsindəki COVID-19 epidemiyası ilə bağlı siyasətinə görə məşum söhrətə malikdir. Dövlət başçısı dəfələrlə koronavirus təhlükəsini kiçildərək onun qripdən fərqlənmədiyini söyləyib. Bundan əlavə o, ştat qubernatorlarını karantin tədbirlərini yumşaltmağa çağırıb.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar