Dünya

Daha bir qrup ukraynalı hərbçi “Azovstal”dan çıxarılıb

18 May, 2022
128

Reuters

Sayı yeddidən az olmayan və içində ukraynalı hərbçilər olan avtobuslar Mariupoldakı “Azovstal” zavdoundan ruspərəst qüvvələrin nəzarəti altında çıxıblar.

Bu barədə "Röyters" xəbər verir.

Hadisə şahidinin agentliyə verdiyi məlumata görə, avtobusda çıxarılanların heç də hamısı yaralı olmayıblar.

Daha sonra həm "Röyter", həm də Ukrayna və Rusiya mətbuatı hərbçilərin “DXR” separatçılarının nəzarətində olan ərazidəki Yelenovka islah düşərgəsinə gətirildiklərini xəbər veriblər.

Mayın 17-də axşam Rusiyanın İstintaq Komitəsi “Azovstaldan” çıxarılan “Azov” döyüşçülərini dindirmək niyyətində olduğunu bildirib. İK həm də adı açıqlanmayan “britaniyalı muzdlu”nun istintaqından danışıb. Müstəntiqlər iddia edirlər ki, onun ifadələri “Buça təxribatının Ukrayna rejimi tərəfindən təşkil olunduğunu” sübut edir.

Rusiya Dövlət Dumasının bəzi deputatları əsir mübadiləsi zamanı “Azov” döyüşçülərinin Ukrayna verilməsinin əleyhinə çıxıblar. Bu gün isə deputatlar “nasist cinayətkarların mübadiləsi”ni qadağan edən qanun layihəsini müzakirə edəcəklər.

Dünən həm də məlum olub ki, Rusiya Baş prokurorluğu Ali Məhkəməyə müraciət edərək “Azov” alayının terrorçu təşkilat kimi tanınmasını və Rusiya ərazisində fəaliyyətinin qadağan olunmasını istəyib.

Dünya

Putin Ukrayna müharibəsindən bəri ilk dəfə ölkəni tərk edib

29 İyun 2022

Sosial media

Rusiya Prezidenti Vladimir Putin Tacikistanda işgüzar səfərdədir.  O, Tacikistanın dövlət başçısı Emoməli Rəhmonla danışıqlar aparacaq. Bu barədə “RİA Novosti” məlumat verib.  Bildirilir ki, daha sonra Vladimir Putin “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Tacikistandan Türkmənistanın paytaxtı Aşqabada yollanacaq. Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, Putin və Rəhmon ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən ticari-iqtisadi, hərbi, hərbi-texniki, mədəni-humanitar, miqrasiya sahələrini müzakirə edəcəklər.
Dünya

Boris Conson: "Putin qadın olsaydı, müharibəyə başlamazdı"

29 İyun 2022

BBC

Böyük Britaniyanın Baş naziri Boris Conson çərşənbə axşamı bildirib ki, əgər Putin qadın olsaydı, Ukraynaya hərbi müdaxilə etməzdi.  “Əgər Putin qadın olsaydı, - göründüyü kimi, elə deyil, - amma əgər olsaydı, mən, həqiqətən də, düşünmürəm ki, bu ağılsız maço müharibəsini başlayardı, xüsusən də baş verən təcavüz və zorakılıq şəklində”, - G7-nin Elmau qəsrindəki sammitindən sonra Almaniyanın ZDF kanalına müsahibə verən Baş nazir belə deyib.  “Əgər sizə toksik maskulinliyin ideal nümunəsi lazımdırsa, bu, onun Ukraynada etdikləridir”, - Boris Conson söyləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peslov Boris Consonun fikirlərinə reaksiya verib.  “Qoca Freyd yaşasaydı, belə bir tədqiqat obyektini yalnız arzulaya bilərdi”,...

Seçilmiş Videolar

Toplum TV loqo