Dünya

Danimarkada 10 yaşlı uşaqlara cins dəyişdirməyə icazə verilə bilər

16 Mart, 2021
494

Denmark Parlament

Danimarkanın Etika Şurası dövlət orqanlarına 12, hətta 10 yaşlı uşaqların cins dəyişdirməsinə hüquqi baxımdan icazə verməyi tövsiyə edib. 

Bu haqda martın 16-da "Berlingske" nəşri xəbər verib. 

Şuranın apardığı sorğuda rəyi soruşulan əksər səhiyyə işçilərinin, tədqiqatçıların və valideynlərin fikrincə, gender disforiyası yaşayan uşaqların çoxu məhz 10-12 yaşlarında hansı cinsə mənsub olduqlarını özləri üçün müəyyənləşdirirlər. 

Danimarka parlamentinin sol partiyaları, o cümlədən hakim sosial-demokratlar bu təşəbbüsü dəstəkləyiblər. Digər partiyalar isə məsələyə neqativ yanaşıblar. 

Məsələyə mənfi münasibət bəsləyənlərin fikrincə, belə bir addım disforiyalı uşaqları “eksperiment qurbanı”na çevirə bilər. Bildirilib ki, cinsin hüquqi baxımdan dəyişdirilməsinin yeniyetməlik dövründəki transgenderliyə faydalı olub-olmadığına dair data mövcud deyil, "cinsini dəyişdirənlər"dən neçəsinin sonradan buna görə təəssüflənəcəyi də məlum deyil. 

Dekabrda Böyük Britaniya məhkəməsi cinsi həddi-buluğa çatmanın qarşısının alan dərmanların qəbulu ilə əlaqədar qaydaları sərtləşdirib – belə dərmanları yeniyetmə transgenderlər qəbul edirlər. Ölkədə bundan belə, 16 yaşa qədər cins dəyişdirmək terapiyası ancaq məhkəmə qərarı əsasında aparılacaq. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo