Dünya

"Diktatora ölüm!" - İranda etirazlar davam edir

21 Sentyabr, 2022
183

Pop News

İranda etirazçılar “Diktatora ölüm!” və ali dini lider Ayətullah Əli Xameneyiyə ünvanlanmış "Xameneyi devriləcək!" kimi siyasi şüarlar səsləndirməyə başlayıblar. İranda bu cür bəyanatlara görə etirazçılar saxlanıla, həbs oluna və hətta ölümə məhkum edilə bilərlər. "Radio Rferl"-in məlumatında bildirilir. 

Paytaxt Tehran daxil olmaqla İranın müxtəlif bölgələrində etirazlar  22 yaşlı kürd qızı Məhsa Əmininin ölümündən sonra başlayıb. Sentyabrın 13-də o, hicabını açdığına görə əxlaq polisi tərəfindən saxlanılıb, bir neçə saat sonra Əmini komada xəstəxanaya yerləşdirib, üç gün sonra isə “qəfil infarkt” səbəbindən vəfatı elan edilib.

BMT-nin İnsan Haqları Bürosunun verdiyi məlumata görə, polis Əmininin başını maşına vurub və onu dəyənəklə döyüb. Əmininin yaxınlarının dediyinə görə, onun heç vaxt ürəyində problem olmayıb, həmçinin onlara dəfn mərasimindən əvvəl Əminin cəsədini görməyə də icazə verilməyib.

Yüzlərlə iranlı, o cümlədən çox sayda gənc şəhərlərin küçələrinə çıxaraq polis zorakılığına və basqıçı hakimiyyətə etiraz ediblər.

https://toplum.tv/dunya/putin-rusiyada-qismen-seferberlik-elan-etdi

Bəzi qadınlar meydanlarda hicablarını cırıb, nümayişkəranə yandırıb, saçlarını kəsənlərin də olduğu deyilir. Bəzi nümayişlərdə polis gözyaşardıcı qazdan istifadə edib, hüquq mügafizə orqanları işçiləri etirazçıları dəyənəklə döyüb, atışma səsləri eşidilib. Etirazçılar isə təkərlər yandırıb, polis əməkdaşlarına daşa basıblar.

İran hakimiyyət rəsmiləri etiazlar baş qaldırandan sonra Əmininin ölümünün araşdırılacağına söz veriblər. Onlar etirazların arxasında Əmininin ölümündən iğtişaşları qızışdırmaq məqsədi güdən və xaricdən idarə olunan müxalifətin dayandığını deyirlər.

1979-cu il İran inqilabından sonra qəbul edilən qaydalara görə, qadınlardan ictimai yerlərdə təvazökar geyinmək, hicab və uzun boş xalat geyinmək tələb olunur. Bu qaydalar həm kişilərin, həm də qadınların daxil olduğu əxlaq polis tərəfindən həyata keçirilir.

İranın keçmiş prezidenti Həsən Ruhani əxlaq polisini “həddindən artıq aqressiv” olmaqda ittiham etmişdi. 2017-ci ildə polis rəisi isə qadınların geyim qaydalarını pozduqlarına görə daha həbs olunmayacağını bildirmişdi.

Lakin 2021-ci ilin avqustundan İbrahim Rəisinin prezidentliyə başladığı gündən vəziyyət yenidən sərtləşib. BMT-nin İnsan Haqları Bürosu bildirir ki, əxlaq polisi gənc qadınlara qarşı zorakılıq edir, onları dəyənəklərlə döyür və polis maşınlarına mindirir.

Dünya

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

7 Oktyabr 2022

Sosial Media

İran Ədliyyə Xidməti Məhsa Əmininin ölümünün beyin hipoksiyasına görə olduğunu müəyyən edib. Bu barədə "Reuters" xəbər yayıb.  Məhsa Əmininin tibbi ekspertizasında onun ölümünün "baş və həyati orqanlara vurulan zərbələrlə əlaqədar olmadığı" bildirilib. https://toplum.tv/dunya/xameneyi-irandaki-etirazlarin-arxasinda-abs-ve-sionistler-dayanir Məhkəmə-tibbi ekspertləri bildirib ki, Əmini 8 yaşında olarkən beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirib. Və bundan sonra onun orqanizminin vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti olmayıb”. 22 yaşlı Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölməsi ölkədə iki həftədən çox davam edən kütləvi etirazlara səbəb olub. Atası onun ayaqlarında qançırlar olduğunu və onun...
Dünya

Nobel Sülh Mükafatının qalibləri bəlli oldu 

7 Oktyabr 2022

Rəsmi səhifə

Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı, belarus hüquq müdafiəçisi Ales Byalyatski və Ukraynanın “Mülki Azadlıqlar Mərkəzi” hüquq müdafiə təşkilatı Nobel Sülh Mükafatına layiq görülüblər.  Bu barədə oktyabrın 7-də Nobel Komitəsi məlumat yayıb.  Nobel Sülh Mükafatı 1901-ci ildən "sülhün möhkəmlənməsinə görkəmli töhfəsinə görə" verilir. 120 il ərzində 109 fiziki şəxsə və 25 təşkilat mükafata layiq görülüb. Laureatlar arasında ən gənc mükafatçı, 2014-cü ildə mükafatı alan 17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai də daxil olmaqla 18 qadın var. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə Nobel Sülh Mükafatına layiq görülüb. https://toplum.tv/dunya/putin-kadirova-general-polkovnik-rutbesi-verdi Nobel Sülh Mükafatının tarixi ərzində SSRİ və Rusiyanın üç vətəndaşı laureat olub:...

Seçilmiş Videolar

Toplum TV loqo