Dünya

Donald Tramp "Feysbuk" və "Tvitter"i boykot etməyə çağırdı

9 İyun, 2021
72

Reuters

ABŞ-ın sabiq prezidenti Donald Tramp dünya ölkələrini söz azadlığını məhdudlaşdırdığına görə "Feysbuk" və "Tvitter"i boykot etməyə çağıran bəyanat yayıb. 

"Forbes.com"-un məlumatına görə, Ağ Evin keçmiş sahibi "Tvitter"i boykot etdiyinə görə Nigeriyanı təbrik edib və bildirib ki, dünyada daha çox ölkə Nigeriyadan nümunə götürməlidir.

“Özləri xalis şər olduqları halda onlar kimdir ki, nəyin yaxşı, nəyin pis olduğunu diqtə etsinlər? Mən bunu prezident olanda etməli idim. Amma Zukerberq mənə daim zəng edirdi, Ağ Evə şam yeməklərinə gəlirdi və mənim necə yaxşı insan olmağımdan danışırdı”, - Tramp deyib. 

Keçmiş pezident bəyanatının sonunda “2024?” yazaraq ikinci prezidentlik müddətinin mümkünlüyünə eyham edib.

İyunun 6-da Tramp "Feysbuk" şirkətinin rəhbəri Mark Zukerberqi söz azadlığı haqqında qanunu pozmaqda günahlandırıb və özünün sosial şəbəkədəki hesabının dondurulmasını pisləyib. Keçmiş prezidentin "Feysbuk" hesabı onun tərəfdarlarının Kapitoli binasına soxulmasından sonra iki il müddətinə bloklanıb. Həmin vaxt "Feysbuk" Trampı ədavəti qızışdırmaqda ittiham etmişdi.

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Ria.ru

Gorusun seçki məntəqələrində əsgərlərə səsvermə ilə bağlı təlimat verilir. Bu haqda “News.am”-a şəhərin meri Aruş Aruşanyan deyib. “Çox sayda qanun pozuntusu var. Bizim yerlərdəki etibarlı şəxslərimiz güclüdürlər. Kimsə qanun pozuntusuna yol vermir, yerindəcə onları qeqdiyyata alır və buna imkan vermirlər”, - Aruşanyan deyib. Ermənistanda hərbi qullquçuların kütləvi şəkildə məcburi səs verməyə aparılması haqda sosial mediada da məlumatlar və bəzi görüntülər yayılıb. Ermənistan Müdafiə Nazirliyi mətbuatda və sosial şəbəkələrdə hərbi heyətin zorla səs verməsi barədə yayılan məlumatları təkzib edir. Nazirlik hərbçilərin seçki məntəqələrinə qrup halında aparılmasını daşınma prosesinin koordinasiyalı həyata keçirilməsi ilə izah edib. “Yayılan görüntülərdə seçki məntəqələrindəki hərbi qulluqçular çəkilib...
Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Seçilmiş Videolar