Dünya

Dünya miqyasında taxıl kəskin bahalaşa bilər

13 Avqust, 2021
1000

Açıq mənbələrdən götürülüb

ABŞ Kənd Təsərrüfatı Nazirliyi planeti təhdid edən təbii fəlakətlər fonunda dünya miqyasında taxıl yığımı ilə bağlı proqnozları kəskin şəkildə aşağı salıb.

Bu barədə Agentliyin avqustun 12-də yayımlanan aylıq hesabatında məlumat verilib. 

Qeyd olunub ki, ən böyük istehsalçılardan olan Rusiyada taxım yığımı ilkin təxminlərdən 15% və ya 12,5 milyon ton aşağı - 72,5 milyon ton olacaq. Halbuki əvvəlki proqnoz 85 milyon ton idi. Məlumata görə, uzun illərdir ki, Rusiyaya dair reytinqlərdə bu qədər kəskin azalma olmayıb.

İstehsalın azalmasına əlverişsiz havanın səbəb olduğu bildirilib. Havaların kəskin isti keçməsi Tatarıstan, Başqırdıstan və Orenburq kimi böyük istehsal bölgələrində yaz və qismən payızlıq buğdanın məhsuldarlığına mənfi təsir göstərib.

Kanada da buğda yığımı ilə bağlı proqnoz 24% aşağı salınıb. Həmçinin ABŞ ştatlarında da taxıl istehsalında son 19 ilin ən pis mövsümü olacaq. 

ABŞ Kənd Təsərrüfatı Nazirliyi hesabatı  yayımlayandan sonra Çikaqo Birjasında buğda fyuçersləri 4,4% artaraq 9 illik maksimumu yeniləyib - bir buşel 7,59 dollara çatıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Putin "Vaqner"in keçmiş komandiri ilə görüşüb

Toplum TV
29 Sentyabr 2023

Sosial media

Rusiya prezidenti Vladimir Putin "Vaqner"in keçmiş komandiri Andrey Troşevlə görüşüb. Toplum TV bildirir ki, bu haqda sentyabrın 29-da Kremlin mətbuat xidməti məlumat yayıb. Verilən açıqlamaya görə, görüş zamanı "Vaqner" muzdlularının Ukrayna müharibəsindəki fəaliyəti müzakirə edilib.  “Son görüşdə biz müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək könüllü birləşmələr yaratmağınızdan danışdıq. Siz özünüz 1 ildən çox belə bir hissədə vuruşmusunuz. Siz bunun nə olduğunu, necə edildiyini bilirsiniz, döyüşün ən yaxşı və uğurlu şəkildə getməsi üçün əvvəlcədən həll edilməli olan məsələlərdən xəbəriniz var”, -  Putin Troşevə bildirib. Bundan əlavə, Rusiya prezidenti  hərbi əməliyyatlarda iştirak edən döyüşçülərin “Vətən Müdafiəçiləri Fondu” tərəfindən sosial dəstək veriləcəyini açıqlayıb....
Dünya

Rusiyada Ukrayna vilayətlərinin ilhaqı bayram günü elan edilib

Toplum TV
29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 28-də 2022-ci ildə Ukraynanın dörd vilayətinin ilhaq gününün bayram kimi qeyd edilməsi haqqında fərman imzalayıb.   Toplum TV "Radio Svoboda"-ya istinadən xəbər verir ki, fərmana  əsasən, bayram Rusiyada istirahət günü olacaq və sentyabrın 30-da qeyd olunacaq. Sənəd “Donetsk Xalq Respublikasının, Luqansk Xalq Respublikasının, Zaporojye vilayətinin və Xerson vilayətinin Rusiya Federasiyasına birləşmə günü” adlanır.   Moskva 2022-ci ilin payızında Ukrayna vilayətlərinin ilhaqını elan edib.   Moskvanın bunu rus qoşunları tərəfindən işğal edilmiş ərazilərdə referendum adlandırdığı səsvermənin nəticələri ilə əsaslandırıb. Ukrayna və dünyanın əksər ölkələri səsverməni saxta hesab edir və bunu beynəlxalq hüquqa qəsd kimi qiymətləndirirlər.

Seçilmiş Videolar

Toplum TV loqo