Açıq mənbələrdən götürülüb
(ikinci hissə)
Avstraliya
Amerikadan başqa, britaniyalılar Avstraliya, Yeni Zenlandiya və Kanada ərazisində də müstəmləkəçilik siyasəti yürüdüblər.
1770-ci ildə ingilis səyyahı Ceyms Kukun Avstraliyaya ayaq basmasının ardınca ingilislər bu qitədə müstəmləkə siyasəti yürütməyə başlayıblar. Müqavimət göstərən aborigenlərin kütləvi şəkildə məhv edilməsi onların sayınını 84% azalmasına gətirib çıxarıb; Tasmaniya adasında isə aborigenlərin hamısı öldürülüb.1
Yeni Zenlandiya
Yeni Zenlandiyada yerli xalqın – maorilərin sayı 43% azalıb. 2
Kanada
Kanadada – Britaniya Kolumbiyasında azalma 75% təşkil edib.(3)
İrlandiya
16-cı əsrdə işğal məqsədiylə İrlandiyaya qoşun yeridən ingilislər bu ölkədə çoxsaylı qırğınlar törədiblər. İşğal zamanı yüzminlərlə insan öldürülüb, 50 min irlandiyalı kölə kimi satılıb. Bəzi tarixçilər hesab edirlər ki, bu ölkədəki qırğınlar soyqırımı kimi irqi, dini nifrətə əsaslanır və planlaşdırılmış şəkildə həyata keçirilib.
“Əhalinin 41% azalması başqa zamanda və başqa şərtlərdə haqlı olaraq soyqırım adlandırıla biləcək irqi və dini nifrətə əsaslanan qəsdən məhvetmə planı adlandırıla bilərdi (Noel M.Qriffin, "İrlandiya tarixi: “Kromvel işğalı zamanı neçə insan ölüb?").(4)
“İrlandiyalıların öldürülməsinə sözün əsl mənasında vəhşi heyvanların qətli kimi yanaşılıb. İngilislər təkcə kişiləri yox, hətta qadınları və uşaqları da qəsdən və sistemli şəkildə məhv ediblər. Bütün yaşayış vasitələri məhv edilib və əhali həm də aclıqdan ölüb" (“İrlandiyalıların və yerli sakinlərin tarixi təcrübəsi arasında 10 heyrətamiz oxşarlıq”.5 Amerikanın müstəmkələşdirilməsi prosesində olduğu kimi, Böyük Britaniya imperiyasının işğal siyasəti nəticəsində 150 milyon insan həlak olub (İmbesat Daudi, “Sivilizasiya və zorakılıq: islam, Qərb və yerdə qalanlar”) 6.
Asiya
1755-1757-ci illərdə Çinin hakim tsin sülaləsinin Cunqar xanlığını işğalı zamanı müharibə və xəstəliklər nəticəsində cunqarların təxminən 80%-i (600.000 və daha çox) məhv edilib (Maykl Edmund Klark, “Hakimiyyətin gözündə”) 7.
Tarixçi Mark Levenin qənaətinə görə, cungarların məhv edilməsinin "XVIII əsrin soyqırımı hesab etmək olar" (A.Dirk Mozes, “İmperiya, müstəmləkə, soyqırımı:dünya tarixində işğal, istila və fəth edilənlərin müqaviməti”) 8.
Sibir
XVII əsrin ikinci yarısında Sibirin Rusiya tərəfindən işğalı yerli əhalinin kütləvi qətliamlarla müşayət olunub. Yarım əsrlik qırğınlardan sonra 20 minlik Kamçatka əhalisindən cəmi 8 mini sağ qalıb (Ceymi Bişer, “Ağ Terror: Trans-Sibir dəmir yolunun kazak generalı”). Həmin dövrdə koryaklar, itelmenlər, çukçalar kütləvi qırğına məruz qalıb (Mark Leven, “Milli dövlət erasında soyqırımı”); yakutların 70%-i məhv edilib (“Amur pərisinin mahnısı”, 9 XVIII-XIX əsrlərdə kamçadalların 90%-i, voqulların yarısı öldürülüb, kütləvi qırğınlar nəticəsində 12 etnik qrup yer üzündən silinib (N.M.Yadrintsev, “Sibirin etnik azlıqları, onların məişəti və hazırki vəziyyətləri: statistik cədvəllərlə təqdim olunmuş etnoqrafik və statistik araşdırmalar”)10.
Hazırda Kamçatka əhalisinin cəmi 2,5%-ini aborigenlər təşkil edir – əvvəllər 150 min nəfər olmuş yerli sakindən indi ancaq 10 mini qalıb 11.
Afrika
1884-cü ildə Portuqaliyanın təşəbbüsüylə keçirilmiş Berlin konfransında Afrika ərazisinin güclü Avropa dövlətləri arasında bölüşdürülməsi nəticəsində şərqi və cənub-qərbi Afrika, o cümlədədn Toqo və Kamerun Almaniyanın payına düşüb.
1885-1918-ci illərdə yerli əhali torpaqların yandırılması, işçi qüvvəsi kimi məcburi köçürmə, aclıq da daxil olmaqla, insan haqlarının total şəkildə pozulmasından əziyyət çəkib. 1904-1907-ci illərdə cənub-qərbi Afrikada (müasir Namibiya) yerli xalqlar müstəmləkəçiliyə qarşı üsyan qaldırıblar. Həm üsyanın xüsusi qəddarlıqla yatırılmasını, həm də herero, namakva və damara xalqlarının bilərəkdən aclığa məhkum edilməsini 20-ci əsrin ilk soyqırımı hesab edənlər var (Hovard Boll, “XX əsrin əvvəlində soyqırımı”12 ; Martin Vayzer, “Hereroların müharibəsi – XX əsrin ilk sıyqırımı?” 13).
Almaniyanın müstəmləkəçilik siyasəti nəticəsində təqrbinən 200.000 afrikalı aclıqdan ölüb, bəzi bölgələrdə həyat tamamilə və həmişəlik məhv olub.14
2004-cü ildə Almaniya hökuməti Afrikada “almanların ovaxtkı günahlarına görə” üzr istəyib.15
Son 100 il
“Qolodomor”
SSRİ-nin 1932-1933-cü illərdə Ukraynada süni şəkildə yaratdığı qıtlıq kütləvi insan tələfatına səbəb olub. Ukrayna Tarixi İnstitutunun 2015-ci ildə açıqladığı son təxminlərə görə, iki il ərzində aclıqdan ölənlərin sayı 3.9 milyon nəfər təşkil edib, aclıq faktına görə doğulan uşaq sayında 0,6 milyon azalma olub. 16
2006-cı ildə Ukrayna Ali Radası “Qolodomor” adı verilmiş bu hadisəni Ukrayna xalqına qarşı soyqırımı aktı elan edib. 17
Nankin qətliamı
Nankin qətliamı Çin-Yapon müharibəsi zamanı Çinin Nankin şəhərinin Yaponiya tərəfindən işğal edilməsi ilə başlayıb (13 dekabr 1937). Yapon əsgərlərinin törətdikləri kütləvi qırğın, zorlama, yağmalama və yanğınlar 6 həftə davam edib. İkinci dünya müharibəsi qurtarandan sonra Beynəlxalq Uzaq Şərq Hərbi Tribunalı və Nankin Hərbi Tribunalı həmin tarixdə baş verənləri araşdıraraq 200.000-300.000 arası mülki və hərbçi çinlinin öldürüldüyü haqda qərar çıxarıb. 18
Kamboca soyqırımı
1975-1979-cu illərdə Pol Potun rəhbərlik etdiyi radikal kommunistlər - “Qırmızı kxmerlər” Kambocada kommunist rejimi qurub ziyalılara, milli azlıqlara, din xadimlərinə qarşı kütləvi zorakılıq aktları gerçəkləşdiriblər. “S-21” adlı məşhur həbsxana 20.000 nəfər məhbusda yalnız yeddisinin sağ qaldığı bildirilir.19
Pol Pot rejimindən sonrakı halimiyyət həmin dövrdə 3,3 milyon nəfərin qətl edildiyini açıqlayıb, Mərkəzi Kəşfiyyat İdarəsinin ilkin dəyərləndirməsində isə kxmerlərin 150 min kambocalını öldürməsi, ölkə əhalisinin 1,2-1,8 milyon nəfər azalması qeyd olunub (National Foreign Assessment Center, “Kamboca: demoqrafik fəlakət”). (20) Amma sonrakı dövrlərə aid hesablamalarda qurbanların sayının 1,7-2 milyon olduğu bildirilib (“Ölüm böhranlarının demoqrafik analizi: Kamboca nümunəsi // Məcburi miqrasiya və ölüm”. 21
Bəzi tarixçilər Pol Pot rejimini müasir dövrün ən barbar və qatil rejimi hesab edirlər. Pol Potsa mediaya son açıqlamasında belə demişdi: "Vicdanım çox rahatdır”.22
Ənfal qətliamı
1988-ci ildə İran-İraq müharibəsi zamanı Səddam Hüseynin əmriylə İraqın şimalında yaşayan kürdlər kütləvi şəkildə qətl edilib. Kimyəvi silahlardan da istifadə edildiyi iddia olunan “Əl-Əflan” əməliyyatında 2.000-ə yaxın kəndin məhv edildiyi, ən azı 50.000 kürdün öldürüldüyü bildirilir.23
İsveçrə, Norveç, Cənubi Koreya və Britaniya bu qətliamı soyqırımı kimi tanıyıblar. 24
Srebrenitsa soyqırımı
1995-ci ildə - Yuqoslaviyadakı vətəndaş müharibəsi zamanı serblər Bosniya və Hersoqovina Respublikası ərazisindəki Srebrenitsada ən azı 8300 bosniyalı müsəlmanı qətlə yetirib. Ərazidə BMT-nin 400 nəfərdən ibarət Hollandiya sülhməramlısı olmasına baxmayaraq soyqırımının qarşısını almaq mümkün olmayıb.
Daha əvvəl sülhməramlılar Bosniya müsəlmanlarının silahlarını müsadirə ediblər. Serblərin hücumları intensivləşəndə onları geri almaq istəyən müsəlmanlara rədd cavabı verərək yalnız iki "F-16" təyyarəsilə şəhər üzərində uçuşlar keçirməklə kifayətləniblər. Sonra da komandirlərinin - fransız generalın əmriylə bir gecədə şəhəri tərk ediblər.25 Ratko Mladiç və dəstəsi müdafiəsiz qalmış şəhərə daxil olaraq müsəlmanları kütləvi şəkildə qətlə yetirməyə başlayıblar.
Bu, II dünya müharibəsindən sonra Avropada baş vermiş ən irimiqyaslı və hüquqi baxımdan tanınmış ilk soyqırımı hadisəsidir. 26
Darfur soyqırımı
2003-cü ildə Sudanın qərbində baş vermiş qarşıdurma zamanı etnik darfurilərin sistematik şəkildə məhv edilməsi 21-ci əsrin ilk soyqırımı kimi tanınır. Beynəlxalq Cinayət Məhkəməsi bunu insanlığa qarşı cinayət, təcavüz, zorla köçürmə və işgəncə kimi qiymətləndirib. 2013-cü ildə BMT Darfurda 300.000 nəfərin öldürüldüyünü açıqlayıb.27
Darfur hadisələri haqqında çoxsaylı məqalələr və kitablar yazmış Tarixçi Erik Rivzin qiymətləndirməsinə görə, Sudan hakimiyyətinin davamlı soyqırımı siyasəti nəticəsində öldürülən, təcavüzə uğrayan, işgəncələrə məruz qalan uşaqların sayı 1 milyona çatıb.28
“Human Rayts Votç” (“Human Rights Watch”) təşkilatının 2004-cü ildə yayımladığı 77 səhifəlik hesabatda belə deyilir: "Sudan hökumətinin Darfurda insanlığa qarşı cinayətlərdə günahkar olduğuna şübhə ola bilməz". 2009-cu ildə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Sudan prezidenti Ömər əl-Bəşir haqqında insanlığa qarşı və müharibə cinayətləri ittihamıyla həbsi qərarı çıxarıb. 2020-ci ilin fevral ayında Sudan hakimiyyəti bir il əvvəl çevriliş yoluyla postundan uzaqlaşdırılmış Əl-Bəşirin Darfurdakı cinayətlərə görə Haaqa Tribunalında mühakimə olunmasına razılıq verib.29 Oktyabr ayında BCM-in Baş prokuroru Fatu Bensunda nümayəndə heyətiylə birlikdə keçmiş prezident barəsində ittiham aktını hökumətlə müzakirə etmək üçün Sudana gedib. 30
1.https://www.creativespirits.info/aboriginalculture/people/aboriginal-population-in-australia
2. http://newzealandwars.co.nz/land-wars/wars/comparing-populations/
3.https://web.archive.org/web/20170314192434/http://www.med.uottawa.ca/sim/data/aboriginal_intro_e.htm
4. https://www.historyireland.com/cromwell/how-many-died-during-cromwells-campaign/
5. https://indiancountrytoday.com/archive/10-stunning-similarities-between-irish-and-native-historic-experiences?redir
6.https://books.google.az/booksid=k0LQAwAAQBAJ&pg=PA182&lpg=PA182&dq="killed+may+be+as+high+as+150+million"&source=bl&ots=prroP5cBy2&sig=ACfU3U2eAfXg5RGHcdVlwYipfBb9OpKGlQ&hl=en&sa=X&redir_esc=y#v=onepage&q="killed may be as high as 150 million"&f=false).
7. https://web.archive.org/web/20080410040826/http://www4.gu.edu.au:8080/adt-root/uploads/approved/adt-QGU20061121.163131/public/02Whole.pdf).
8.https://books.google.az/books?id=RBgoNN4MG-YC&printsec=frontcover&source=gbs_summary_r&redir_esc=y#v=onepage&q&f=false
9. http://elib.tomsk.ru/purl/1-8919/
10. https://www.economist.com/christmas-specials/2009/12/17/the-amurs-siren-song
11.https://books.google.az/booksid=ezDG4aTNIeoC&pg=PA388&dq=Cossack+genocide+kamchatka&hl=en&sa=X&ei=JulWU9jEBqWysASw0IDIDQ&redir_esc=y#v=onepage&q=Cossack genocide kamchatka&f=false
12.https://archive.org/details/genocidereferenc0000ball
13.https://books.google.az/booksid=_GnUX0yQfXgC&printsec=frontcover&dq=isbn:9783638946285&hl=ru&sa=X&ved=2ahUKEwj_gMP4283vAhVwl4sKHZ7KCXkQ6AEwAHoECAAQAg#v=onepage&q&f=false
14. https://archive.org/details/specterofgenocid00robe/page/n1/mode/2up
15. https://www.theguardian.com/world/2004/aug/16/germany.andrewmeldrum
16. http://history.org.ua/LiberUA/DemTekhnKat_201
17. https://lenta.ru/news/2006/11/28/genocide/
18.https://zh.wikipedia.org/wiki/南京大屠殺#屠杀
19.https://ru.wikipedia.org/wiki/Туольсленг
20. https://www.mekong.net/cambodia/demcat.htm
21. https://archive.org/details/forcedmigrationm0000unse_t3v0
22. https://www.nytimes.com/1997/10/23/world/in-an-interview-pol-pot-declares-his-conscience-is-clear.html
23. https://en.wikipedia.org/wiki/Anfal_genocide
24. https://web.archive.org/web/20130304220602/http://www.hurriyetdailynews.com/british-parliament-officially-recognizes-kurdish-genocide--.aspx?PageID=238&NID=42182&NewsCatID=351
25. https://www.hrw.org/report/1995/10/15/fall-srebrenica-and-failure-un-peacekeeping/bosnia-and-herzegovina
26. https://en.wikipedia.org/wiki/Srebrenica_massacre
27.https://www.aljazeera.com/news/2013/11/14/un-460000-displaced-in-darfur-this-year
28. https://en.m.wikipedia.org/wiki/Darfur_genocide
29. https://www.bbc.com/russian/news-51463886
30. https://www.bbc.com/news/amp/world-africa-54548629
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Daily Sabah