Dünya

Əfqanıstanda 1 milyon uşaq aclıqdan ölə bilər 

23 Noyabr, 2021
882

Açıq mənbələrdən götürülüb

Əfqanıstan humanitar fəlakət astanasındadır, ölkədə 1 milyondan çox uşaq aclıqdan ölə bilər. 

"İnterfaks" xəbər verir ki, bunu UNICEF-in Əfqanıstan nümayəndəliyinin sözçüsü Samanta Mort BMT-nin xəbər xidmətinə müsahibəsində deyib.

“Hazırda ölkədə 22,8 milyon insan ərzaq çatışmazlığı ilə üz-üzədir. Bu isə cəmi 38 milyon nəfər olan Əfqanıstan əhalisinin yarıdan çoxudur. Əksər əfqanların qidalı ərzaqlara əli çatmır. Əfqan uşaqları uşaqlıq yaşamırlar. Söhbət ümumən sağ qalmaqdan yox, növbəti günə qədər sağ qalmadan gedir”, - deyə Mort bildirib.

UNICEF nümayəndəsi soyuq qış aylarının yaxınlaşdığını və həmin aylarda əksər dağlıq yaşayış məntəqələrinin təcrid olunacağını xatırladıb.

“UNICEF vəziyyətə görə çox narahatdır, çünki təxminən 3,2 milyon uşağın yemək qıtlığından əziyyət çəkdiyini, 1,1 milyonun isə aclıqdan ölüm astanasında olduğunu bilirik. Əgər biz kömək edə bilməsək, onlar sağ qalmayacaqlar”, - Samanta Mort deyib.

“İndi siyasi alış-veriş vaxtı deyil. Əfqanıstanda insanlar ölür və onlara kömək lazımdır. Humanitar yardım – insan həmrəyliyinin təzahürüdür”, - deyən UNICEF nümayəndəsi beynəlxalq birliyi Əfqanıstanın humanitar fəlakət astanasında olduğunu dərk etməyə çağırıb.

Əfqanıstanda 23 milyon insanın aclıq astanasında olması barədə BMT daha əvvəl xəbərdarlıq edib. BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Əfqanıstandakı kütləvi aclığın qarşısını almaq üçün G20 ölkələrinin liderlərinə müraciət edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Putin "Vaqner"in keçmiş komandiri ilə görüşüb

Toplum TV
29 Sentyabr 2023

Sosial media

Rusiya prezidenti Vladimir Putin "Vaqner"in keçmiş komandiri Andrey Troşevlə görüşüb. Toplum TV bildirir ki, bu haqda sentyabrın 29-da Kremlin mətbuat xidməti məlumat yayıb. Verilən açıqlamaya görə, görüş zamanı "Vaqner" muzdlularının Ukrayna müharibəsindəki fəaliyəti müzakirə edilib.  “Son görüşdə biz müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək könüllü birləşmələr yaratmağınızdan danışdıq. Siz özünüz 1 ildən çox belə bir hissədə vuruşmusunuz. Siz bunun nə olduğunu, necə edildiyini bilirsiniz, döyüşün ən yaxşı və uğurlu şəkildə getməsi üçün əvvəlcədən həll edilməli olan məsələlərdən xəbəriniz var”, -  Putin Troşevə bildirib. Bundan əlavə, Rusiya prezidenti  hərbi əməliyyatlarda iştirak edən döyüşçülərin “Vətən Müdafiəçiləri Fondu” tərəfindən sosial dəstək veriləcəyini açıqlayıb....
Dünya

Rusiyada Ukrayna vilayətlərinin ilhaqı bayram günü elan edilib

Toplum TV
29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 28-də 2022-ci ildə Ukraynanın dörd vilayətinin ilhaq gününün bayram kimi qeyd edilməsi haqqında fərman imzalayıb.   Toplum TV "Radio Svoboda"-ya istinadən xəbər verir ki, fərmana  əsasən, bayram Rusiyada istirahət günü olacaq və sentyabrın 30-da qeyd olunacaq. Sənəd “Donetsk Xalq Respublikasının, Luqansk Xalq Respublikasının, Zaporojye vilayətinin və Xerson vilayətinin Rusiya Federasiyasına birləşmə günü” adlanır.   Moskva 2022-ci ilin payızında Ukrayna vilayətlərinin ilhaqını elan edib.   Moskvanın bunu rus qoşunları tərəfindən işğal edilmiş ərazilərdə referendum adlandırdığı səsvermənin nəticələri ilə əsaslandırıb. Ukrayna və dünyanın əksər ölkələri səsverməni saxta hesab edir və bunu beynəlxalq hüquqa qəsd kimi qiymətləndirirlər.

Seçilmiş Videolar

Toplum TV loqo