Dünya

Əfqanıstanda 40-dan çox dinc sakin öldürülüb

26 İyul, 2021
156

Açıq mənbələrdən götürülüb

Əfqanıstanın mərkəzində yerləşən Malistan bölgəsində "Taliban" radikal dini hərəkatının üzvləri 40-dan çox dinc sakini öldürüb.

Bu barədə iyulun 26-da "TOLOnews" telekanalı məlumat yayıb. 

Bildirilir ki, taliblər dinc sakinləri qətlə yetirdikdən sonra onların evlərini də dağıdıblar. 

Həmçinin qeyd olunub ki, paytaxt Kabulda beş dövlət işçisinin qətlə yetirilməsində də taliblərin əli var. Telakanal təhlükəsizlik qüvvələri işçilərinin öldürülməzdən əvvəl işgəncələrə məruz qaldığını bəyan edib. 

Ümumiyyətlə, son yarım ildə Əfqanıstanda hərbi əməliyyatların intensivləşməsi nəticəsində öldürülən dinc sakinlərin sayı 1600-ü keçib. BMT-nin məlumatına görə, bu, 2020-ci ilin göstəricisiylə müqayisədə 47% çoxdur. 
 

Dünya

“Neftçi” və “Qarabağ” avrokuboklarda nə qədər pul qazanıb?

17 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan 5 milyon avrodan çox maliyyə vəsaiti ayrılıb. AFFA-nın rəsmi saytının məlumatına görə, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb. “Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 210 000 avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 500 avro əldə edib.
Dünya

Şahmat üzrə dünya çempionu seriala görə “Neftlix”-i məhkəməyə verib

17 Sentyabr 2021

Agenda.ge

Əfsanəvi şahmatçı Nona Qaprindaşvili “Neftlix”i təhqirdə ittiham edir və 5 milyon dollar məbləğində kompensasiya tələb edir.  Bu barədə "The New Times" nəşrinin verdiyi xəbərdə bildirilir.  Məsələ “Vəzir qambiti” mini-serialı haqqındadır. İddiaya görə, serialda Nona Qaprindaşvilinin nailiyyətləri barədə doğru olmayan informasiya səslənib. Epizodların birində deyilir ki, Qaprindaşvili heç zaman kişi şahmatçılarla görüşməyib, bu isə yalandır. İddiada qeyd olunur ki, “Vəzir qambiti”nin həmin epizodunda 1968-ci ilin hadisələri işıqlandırılır, həmin vaxta qədər isə Qaprindaşvili əllidən artıq kişi şahmatçı ilə yarışmışdı.  Qeyd olunur ki, “Neftlix” Nona Qaprindaşvilini Rusiya şahmatçısı kimi təqdim etməklə bir az da təhqir edib. “Neftlix”ə qarşı iddiada Qaprindaşvilini bir qrup Amerika...
Seçilmiş Videolar