Açıq mənbələrdən götürülüb
“Taliban” hərəkatının elan etdiyi yeni hökumətin tərkibi Əfqanıstandakı böhranı daha da ağırlaşdıracaq.
TASS xəbər verir ki, bu fikir “Əfqanıstan İslam cəmiyyəti” partiyasının bəyanatında yer alıb.
Partiyanın liderlərindən biri Səlahəddin Rəbbani bildirib ki, taliblərin hakimiyyəti inhisara almaq siyasəti nəinki sülh və sabitliyə töhfə verməyəcək, əksinə, böhranı daha da dərinləşdirəcək, ölkəni “artıq heç kəsin həll edə bilməyəcəyi” sonluğa aparacaq.
Bəyanatda deyilir ki, indiki böhranın aradan qaldırılması Əfqanıstanda inklüziv demokratiya, eləcə də sosial ədalətin və fundamental hüquqların müdafiəsi üçün bütün siyasi və sosial fraksiyaların iştirakı ilə yol xəritəsinin hazırlanmasını tələb edir.
“Əfqanıstan İslam cəmiyyəti” ümid edir ki, beynəlxalq birlik əfqan xalqının iradəsini, eləcə də “ölkənin bütün sosial və etnik strukturunun” iradəsini əks etdirməyən yeni hökuməti tanımağa tələsməyəcək.
Taliblər yeni hökumətin tərkibini sentyabrın 7-də elan ediblər. Baş nazir səlahiyyətlərini Məhəmməd Həsən Axund icra edəcək, onun birinci müavini isə “Taliban”ın siyasi qanadının rəhbəri Əbdülqəni Bəradər təyin olunub. Yeni hökumətin tərkibində terrorçuluq maddəsiylə beynəlxalq axtarışda olan şəxslər də var. Digər təşkilatların nümayəndələri və qadınlar isə hökumətdə yer almayıb.
kremin.ru
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”