Dünya

Əhalisinin 63%-i peyvəndlənən İsrail yenidən maska rejiminə qayıtdı

25 İyun, 2021
877

Reuters

İsraildə koronavirusa gündəlik yoluxma sayı artdığından məkanlarda məcburi maska taxmaq qaydası yenidən tətbiq edilib.

"Israel Hayom" nəşrinin iyunun 25-də verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. 

Son sutkada İsraildə koronavirusa 227 yeni yoluxma faktı qeydə alınıb. Nazirliyin məlumatına görə, maska rejiminin bərpa olunmasına səbəb ölkədə Hindistan ştammının yüksək sürətlə yayılmasıdır. Baş nazir Naftali Bennet vətəndaşları yoluxucu ştammlar səbəbindən xarici səfərlərdən çəkinməyə çağırıb. 

ÜST-ün məlumatına görə, Covid-19-un Hindistan ştammı Vuhan variantı ilə müqayisədə 2 dəfə çox yoluxucudur. Bildirilib ki, indiyə qədər Hindistan ştammına dünyanın 85 ölkəsində rast gəlinib. Yayılma sürəti nəzərə alındıqda, onun digər ştammları üstələyərək dünyada dominant ştamm olacağı ehtimalı edilir. 

İsrail dünyada əhalisini ən sürətlə peyvənd edən ölkələrdən biridir. İndiyədək əhalinin 63,74%-i "Pfizer" peyvəndi ilə vaksinasiya edilib. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Zelenski: Ukrayna Krımı döyüş meydanında qaytarmağa hazırdır

25 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

"Ukrayna hakimiyyəti Krım da daxil olmaqla bütün ərazilərini qaytarmaq niyyətindədir" Toplum TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib. “Biz bütün torpaqları geri qaytarmalıyıq, çünki mən hesab edirəm ki, diplomatiya olmayanda seçim kimi ancaq döyüş meydanı qalır. Əgər torpaqlarınızın hamısını geri ala bilmirsinizsə, müharibə sadəcə olaraq dondurulur. Onun yenidən başlaması isə zaman məsələsidir”, - deyə Zelenski  müsahibəsində deyib. https://toplum.tv/siyaset/niderland-parlamenti-de-rusiyani-terrorizme-sponsorluq-eden-dovlet-kimi-tanidi “Financial Times” qeyd edir ki, Kiyevin Qərb tərəfdaşlarından bəziləri Ukraynanın Krımı geri almaq cəhdinin Moskvanın eskalasiyasına, o cümlədən nüvə silahından istifadəsinə səbəb olacağından narahatdır. Müsahibə zamanı Ukrayna prezidenti etiraf edib ki, Krımın taleyi beynəlxalq...
Dünya

Putin Semyon Peqovu təltif edib

25 Noyabr 2022

Sosial Media

Rusiya Prezidenti Vladimir Putin müharibə müxbiri Semyon Peqovu “İgidliyə görə” ordeni ilə təltif edib. Toplum TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.  Qeyd olunub ki, mükafat Peqova “peşəkar borcunu yerinə yetirərkən göstərdiyi cəsarət, şücaət və fədakarlığa görə” verilib. Semyon Peqov rusiyalı jurnalist, müharibə müxbiri, "WarGonzo" layihəsinin yaradıcısıdır. O, Rusiyanın Ukraynada, Donbasda keçirdiyi əməliyyatlar zamanı minaya düşərək bir ayağını itirib.  https://toplum.tv/siyaset/azerbaycanin-axtardigi-bloger-sulhmeramlilarin-oldugu-erazilerde-peyda-olub Peqov İkinci Qarabağ müharibəsində də erməni tərəfdən müharibəni işıqlandırmışdı. O, son ana qədər erməni tərəfinin uduzmadığını, əksinə qalib gəlməkdə olduğunu iddia edirdi.  Cəbhədən təxribat xarakterli məlumatlar yaymaqda ittiham edilən Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru...

Seçilmiş Videolar

Toplum TV loqo